Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər

Ermənistan oliqarxları Paşinyana sui-qəsd hazırlayırlar

Erməni qəzeti “Jamanak” yazır ki, tanınmamış “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən devirilməsi məqsədi ilə sui-qəsd məsələsini müzakirə edirlər.

Virtualaz.org bildirir ki, “Novosti Armeniya” qəzetin yazdıqlarını sitat gətirib.

Qeyd olunur ki, sui-qəsd müzakirəsi “Oqanovski” kimi tanınan “DQR” müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən “Ermənistanın məşhur oligarxlarından birinin malikanəsində” təşkil edilib.

Qəzetin yazdığına görə, əvvəllər Respublika partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları “Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər”.

Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında “narahatlıqlar var”. Bununla belə, o, əlavə edib ki, ” bu haqda çox açıq” danışmaq olmaz”.

Jurnalistlərin “Sui-qəsdlə məşğul olanlar xarici yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, “onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar”.

Daha əvvəl, 20 mayda isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, onun siyasi opponentləri Qarabağda Ermənistanla “DQR” arasında qarşıdurma yaratmaq üçün ona qarşı “yalan təbliğat” aparacaqlar. O bunu məhz kimlərin edəcəyini dəqiqləşdirməmişdi, lakin bəyan etmişdi ki, “Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı və Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı olaraq bu sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcək”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar