Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qarabağ ermənilərinə xüsusi status verməməsinin 10 səbəbi - Amerika nəşrində

Müəlliflər: Fərid Şəfiyev, Cavid Vəliyev
The National Interest, ABŞ

Azərbaycan təxminən 30 il Ermənistanın işğalı altında olmuş ərazilərini ötən ilin payızında baş vermiş 44 günlük müharibə nəticəsində azad edib. İndi Bakı Yerevana sülh sazişi imzalamağı təklif edir. Azərbaycanlı rəsmilər iki dövlətin ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirsinə hazır olduqlarını da bəyan ediblər.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən, son parlament seçkisində qalib gəlmiş Nikol Paşinyan isə bildirir ki, yekun sülh sazişinin imzalanması üçün keçmiş Dağlıq Qarabağ regionunun statusunun müəyyənləşdirilməsi lazımdır. Başqa sözlə, Yerevan hələ də Azərbaycanda yaşayan ermənilər üçün müqəddəratı təyinetmə hüququ tələb edir. Halbuki, tərəflər arasında müharibə məhz bu tələbdən qaynaqlanıb. Nəticədə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal olunub və 2020-ci ilədək işğal altında qalıb.

İndi Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin vətəndaşı olan ermənilərə xüsusi statusun verilməyəcəyini deyir. Bunun da ciddi səbəbləri var.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməniləri xüsusi siyasi status almaq hüququnun olmadığını göstərən 10 səbəbi təqdim edirik:

Birincisi, ermənilər millətçiləri 1988-ci ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində “miatsum” (birləşmə) şüarı ilə hərəkata başlamışdılar. Yəni bu hərəkat Ermənistan ərazisinin genişləndirilməsi ilə bağlı irredentist layihə idi. Söhbət müqəddəratı təyinetmə hüququndan getmirdi.

İkincisi, keçmiş Dağlıq Qarabağ regionuna 1923-cü il iyulun 7-də verilmiş muxtar vilayət statusu təkcə bölgədə yaşayan ermənilərə deyil, həm də azərbaycanlılara aid idi. Qarabağ tarixən vahid region olub. O, dağlıq və düzənlik hissələrdən ibarət idi. Amma keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet İttifaqı tərəfindən süni şəkildə yaradılmışdı. Məqsəd ermənilərin yeni yaradılmış kommunist inzibati vahidində çoxluq təşkil etməsi idi.

1988-ci il fevralın 20-də keçmiş muxtar vilayətin Xalq Deputatları Soveti Azərbaycan və Sovet İttifaqının qanunlarına zidd olaraq, regionun Ermənistana birləşməsinə səs vermişdi. Bu qərar SSRİ qanunvericiliyi nöqteyi-nəzərdən qeyri-qanuni idi.

Üçüncüsü, 1988-1991-ci illərdə Bakı Qarabağda yaşayan ermənilərin tələblərinə təmkinli reaksiya verir, eyni zamanda, bu bölgədə sosial-iqtisadi proqramlar həyata keçirirdi. Halbuki, Qarabağda yaşayan ermənilərin həyat şəraiti ölkənin digər ərazilərində yaşayan azərbaycanlıların şəraitindən onsuz da yaxşı idi. Üstəlik, Moskva keçmiş muxtar vilayətin ərazisində xüsusi idarəetmə komitəsi belə, yaratmışdı. Lakin erməni millətçiləri bölgənin Ermənistana birləşdirilməsi ilə bağlı irredentist layihəni davam etdirirdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qeyri-qanuni qərar da qəbul etmişdi. Lakin SSRİ Ali Soveti bu qərarı qəbul etmədi.

Dördüncüsü, ermənilər mülki əhaliyə hücum etməyə başladıqdan sonra Azərbaycan parlamenti 1991-ci il noyabrın 26-da keçmiş Dağlıq Qarabağ regionunun muxtar vilayət statusunu ləğv edib. Odur ki, Azərbaycan Konstitusiyası və qanunlarına əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı region yoxdur. Azərbaycanın ərazi bütövlüyü isə beynəlxalq birlik tərəfindən tanınır. Bu, Ermənistanın işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə də təsdiqlənib.

Beşinci səbəbSSRİ Konstitusiyasına əsasən, Sovet İttifaqına daxil olmuş 15 respublika müqəddəratı təyinetmə hüququna malik olub. Bu, Ermənistanın iddiaları ilə ziddiyət təşkil edirdi. Üstəlik, keçmiş Dağlıq Qarabağ regionu Azərbaycandan ayrılmaqla bağlı konstitusion hüquqa da malik deyildi. 1990-cı il aprelin 3-də SSRİ-yə daxil olmuş respublikaların Sovet İttifaqından ayrıla biləcəyi ilə bağlı qanun qəbul edilib. Erməni tərəfi iddia edir ki, keçmiş muxtar vilayətin “müstəqilliyi” məhz bu qanuna əsaslanaraq elan olunub. Amma bu qanuna görə, istənilən muxtar vilayət Sovet İttifaqında qalmaq və ya qalmamaqla bağlı müstəqil qərar verə bilərdi. Lakin Azərbaycan, Ermənistan və digər Sovet respublikaları SSRİ-ni 1991-ci il dekabrın 8-də imzalanmış Belovej razılaşmasına əsasən tərk edib. Yəni onlar Sovet İttifaqını bu dövlət dağıldıqdan sonra tərk ediblər. Odur ki, 1990-cı il aprelin 3-də qəbul edilmiş qanuna istinad etmək yersizdir. SSRİ-ni tərk etmək üçün nə Azərbaycan, nə də Ermənistan bu qanundan istifadə edib.

Altıncı səbəb odur ki, beynəlxalq hüquq hər xalqa müqəddəratını təyinetmə hüququ vermir. Bu hüququn tətbiq edilməsi üçün bir çox şərt var. Erməni millətçilərinin iddialarının əskinə olaraq, Qarabağda yaşayan ermənilər müqəddəratı təyinetmə hüququ verilə biləcək “xalq” deyil. Bu məqamda bir məsələni xatırlatmaq yerinə düşər: 700 mindən çox azərbaycanlının doğma evlərindən didərgin salınması, infrastrukturun, mədəniyyət irsinin tamamilə dağıdılması Ermənistanın müqəddəratı təyinetmə ilə bağlı iddialarını darmadağın edir. Üstəlik, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində effektiv nəzarətə malik olduğunu vurğulamışdı.

Yeddincisi, Bakı Qarabağda yaşayan ermənilərin qeyri-qanuni ayrılmaq qərarını qəbul etmədikdə, onlar buna silah gücünə nail olmağa çalışıblar. Bu silahlı hücum, yəni Birinci Qarabağ müharibəsi nəticəsində 30 min insan həyatını itirib, 4 min nəfər itkin düşüb. İkinci Qarabağ müharibəsində isə Ermənistan tərəfdən təxminən 5 min, Azərbaycan tərəfdən isə 2906 insan həyatını itirib. Helsinki Yekun Aktı və beynəlxalq hüququn digər müddəalarına əsasən, bir dövlətdən ayrılmaq yalnız mərkəzi hakimiyyətin icazəsi ilə, sülh yolu ilə mümkündür. Bunu erməni millətçilərinin irredentist silahlı hərəkatı haqda söyləmək olmaz.

Səkkizinci səbəb, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra diplomatik danışıqlara start verilmişdi. Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonlardan çıxarılmasının qarşılığında bölgəyə muxtariyyət təklif etmişdi. Lakin Yerevan 2020-ci ilin mart-aprel aylarında bu təklifi rədd edərək, faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanmış “Madrid pinsipləri”ndən də imtina etmişdi. 2020-ci il müharibəsi məhz bundan sonra başlamışdı.

Doqquzuncusu, son hesablamalara əsasən, bu gün Qarabağda 20000-25000 erməni yaşayır. Bu, 10 milyonluq Azərbaycan əhalisinin 0,2%-i deməkdir. Azərbaycan isə çox sayda etnik qrupun yaşadığı ölkədir. Ölkədə sayları ermənilərdən çox olan etnik xalqlar yaşayır. Onlar Azərbaycan vətəndaşı kimi, öz mədəni və dini hüquqlarından azad şəkildə istifadə edə bilirlər.

Onuncu səbəb – qonşu ölkələrdə də etnik erməni azlıqları yaşayır. Amma onlara xüsusi siyasi status verilməyib. Həmin ölkələrdə yaşayan ermənilər dini və mədəni hüquqlarından istifadə edirlər. Azərbaycan prezidenti İlham Əliyev müsahibələrinin birində Gürcüstan və Rusiyada birgə yaşayan azərbaycanlılarla erməniləri nümunə göstərmişdi. Bununla, dövlət başçısı adıçəkilən xalqların Azərbaycanda da birgə yaşaya biləcəyinin real olduğuna eyham vururdu.

Bir sözlə, görünən odur ki, Azərbaycanda yaşayan ermənilər üçün xüsusi status tələb edənlərin məqsədi məsələni həll etmək deyil. Onların məqsədi bu yolla problemi dərinləşdirmək və gələcəkdə müdaxilə edə biləcəkləri bölgə yaratmaqdır. Halbuki, müharibə bitdikdən sonra təhlükəsizlik məsələlərinin həlli üçün real imkanlar yaranıb. Bu məsələlərin həlli iki dövlətin ərazi bütövlüyünə və etnik azlıqların hüquqlarına qarşılıqlı hörmət edilməsinə əsaslanmalıdır. Bu, sülhün bərqərar olması üçün yeganə yoldur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
 
Mənbə: The National Interest

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama

Ən çox oxunanalar