Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Dundalk” cavab matç üçün hakim təyinatları açıqlanıb
Matçın baş hakimi norveçli Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cavab görüşü iyulun 31-i yerli vaxtla 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun isə sabah İrlandiyada keçiriləcək.
pia.az