Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb 

Şəhidin nəşinin qalıqları çıxarılaraq doğma kəndində dəfn edilib

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.

Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ savaşında itkin düşmüş şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir.

Rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32 naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7 şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.

Şəhidin atası Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşmüşdü.(Report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar