Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ döyüşçüsü ev problemi ilə bağlı ölkə rəhbərliyinə müraciət etdi

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar prezident İlham Əliyevə müraciət edib

PİA.az Qaynarinfo-ya istinadən müraciəti təqdim edir:

Hörmətli Prezident!

Mən Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Hazırda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5, mənzil 30 ünvanında ailəmlə birlikdə 1 otaqlı evdə yaşayıram. Vətəni, torpaqlarını qorumaq üçün döyüşən Qarabağ veteranıyam. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşam.

3 May 1967-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər rayonu Güney kəndində dünyaya göz açmışam. Qərbi Azərbaycanda baş verən konfiliktlər zamanı ailəmlə birlikdə Şəki şəhərinə köçərək, orada məskunlaşmışıq. Ailədə 4 qardaş, 1 bacı olmuşuq. Hərbi xidməti bitirdikdən sonra ailə üzvlərim narazı olsalar da, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər qardaşlarımız kimi könüllü olaraq cəbhəyə yollanmışam. 

Qeyd edim ki, döyüş yolum 1993-1996-cı illər AğdamTərtər cəbhəsindən keçir. Ağdərə, Mərquşavan, Çaylı, Madagez döyüşlərində iştirak etmişəm. Döyüşdüyüm Tərtər rayonunda evlənmişəm. 

Qarabağ veteranıyam, ailəliyəm. Ailədə 4 nəfərik. Dənizçilər yataqxanasında 4 nəfərlik ailə üzvülərimlə birlikdə birotaqlı darısqal evdə yaşayırıq. Ailə vəziyyətimə görə ev şəraitimizin yaxşılaşdırılması üçün 16.05.2014-cü ildə Bakı şəhəri Yasamal Rayon icra hakimiyyətinə müraciət etmişəm. Həmin tarixdən ev növbəsinə alınsam da, bu vaxta kimi heç bir iş görülməyib. Ailəmin rahat yaşaması üçün bu barədə lazımı orqanlara göstəriş vermənizi xahiş edirəm".

pia.az


Etiket: Müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar