Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ BMT-nin idarəçiliyinə verilərsə, Azərbaycanın maraqları təmin olunar?

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland deyib ki, Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil...

Politoloq: “BMT-nin Qarabağ probleminin həllində konstruktiv rol oynayacağını mümkün hesab etmirəm”.

BMT-nin Qarabağ probleminin həllində bizim istəyimizə uyğun həll yolu təklif edəcəyi mümkünsüzdür”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın Qarabağın BMT-nin idarəçiliyinə verilməsi fikrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland Ermənistan-Azərbaycan sərhədində yaşanan son hərbi eskalasiyasını şərh edərkən deyib ki, Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil. Sabiq həmsədr vurğulayıb ki, Qarabağ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına verməkdir. Gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcəklər.

Qarabağın BMT idarəçiliyinə verilməsi Azərbaycanın maraqlarına nə qədər uyğundur və belə bir ssenari ümumiyyətlə mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan əslində BMT-dən qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etməlidir”.

BMT yarandığı ildən bu tərəfə konkret olaraq heç vaxt beynəlxalq qanunların müdafiəsi üçün ciddi və real addımların ata bilmədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bunun səbəbi də BMT-də söz sahibi olan beş daimi üzvün daim bir-biriləri ilə açıq ya gizli münaqişə vəziyyətində olmasıdır:

BMT-nin Qarabağ probleminin həllində konstruktiv rol oynayacağını mümkün hesab etmirəm. Bu qurum 25 ildən çoxdur ki, qəbul etdiyi 4 qətnamənin həyata keçməsini təmin edə bilmir, ya da etmək istəmir. BMT yarandığı 1945-ci ildən bu tərəfə konkret olaraq heç vaxt beynəlxalq qanunların müdafiəsi üçün ciddi və real addımlar ata bilməyib. Bunun səbəbi də BMT-də söz sahibi olan beş daimi üzvün daim bir-biriləri ilə açıq ya gizli münaqişə vəziyyətində olmasıdır.

Burda alınan qərarlar hər zaman bu dövlətlərin maraqlarının qorunmasına xidmət edib, əks hal olduqda isə qəraralar bir və ya bir neçə dövlət tərəfindən veto edilib. Qarabağ problemi də bu beş dövlətin maraqlarının kəsişdiyi bir nöqtədir. Hər dövlət burada öz maraqlarını güdür. Geostrateji maraqlardan tutmuş, iqtisadi maraqlara kimi. Bu baxımdan BMT-nin Qarabağ probleminin həllində bizim istəyimizə uyğun həll yolu təklif edəcəyi mümkünsüzdür.

Türkiyə Prezidenti R.T.Ərdoğanın dediyi kimi: “Dünya beşdən böyükdür!”. Azərbaycan əslində BMT-dən qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda BMT-nin özünün 51-ci maddəsinə görə işğala məruz qalan ölkələrin özlərini müdafiə etmək üçün tək və ya tərəfdaş ölkələrlə birlikdə öz ərazilərini işğaldan azad etmək hüququ var. Bu maddəyə əsasən Azərbaycan hər dəqiqə ərazilərini beynəlxalq qanunlara uyğun işğaldan azad etmək hüququnu özündə saxlayır. Biz artıq 30 ildir ki, səbr göstəririk, istəyirdik ki, dünya birliyinin vasitəçiliyi ilə bu problem sülh yolu ilə öz həllini tapsın, amma bu mümkün olmur.

Azər Qasımov: “Azərbaycan dövləti BMT-nin 51-ci maddəsinə əsasən torpaqlarını işğaldan qurtarmaq üçün hərəkətə keçməlidir”.

Hesab edirəm ki, Tovuzla sərhəddəki son təxribatdan sonra danışıq yolu ilə həll yolu qapanmışdır. Azərbaycan dövləti BMT-nin 51-ci maddəsinə əsasən torpaqlarını işğaldan qurtarmaq üçün hərəkətə keçməlidir. Türk Ordusunun təlim üçün Azərbaycana gəlməsini doğru dəyərləndirməli, tarixi şəraitdən düzgün nəticə çıxarmalıyıq. Rus və erməni tərəfinin etdikləri Tovuz təxribatının nəticəsi olaraq Azərbaycana gələn Türk Ordusu burda qalmalıdır. Çünki nə rus, nə də erməni bunu gözləmirdilər və təxribatın məntiqi nəticəsi kimi Türk Ordusunun Azərbaycanda qalması onlar üçün də artıq sürpriz olmayacaq. Əks tərəf bu təxribatla səhv etdiklərini anlayıblar və bir daha bizim üçün belə münbit şərait yaradacaqlarına inanmıram.

Odur ki, biz bundan doğru istifadə etməliyik. Türk Ordusu Rusiyanın təhdidlərinin qarşısını almaq üçün Azərbaycanda qalmalıdır ki, biz özümüz erməniyə lazım olan dərsi verək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar