Çərşənbə, 11 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək - Foto

Məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək...

"Report"un Fransa bürosu xəbər verir ki, bu ölkənin Lil şəhərində 12-14 dekabrda keçiriləcək "Transsibir" festivalında Qara Qarayevin "Yeddi gözəl" baletindən musiqilər ifa olunacaq.

Gənclik mövzusuna həsr olunan festival xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəniyyətlərin tanıdılmasına xidmət edəcək.

Festivalda üç orkestrin ifasında Çaykovski, Şuman, Mussorski, Bethoven, Glinka və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.

Festival ilk dəfə 2014-cü ildə skripkaçı Vladimir Repinin təşəbbüsü ilə təşkil edilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qara Qarayev

Şərh yazın.


loading...

Ən çox oxunanalar