Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qara eynəkli adam: Tehrana gizli səfərlə şahzadənin qardaşı hansı mesajları çatdırıb?

Devid Hirst

“Middle East Eye”, 13.10.2019

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri və tacdar şahzadəsinin kiçik qardaşı Təhnun bin Zaid Körfəz böhranının qarşısını almaq məqsədi ilə gizli bir missiya ilə son 48 saatda Tehranda olub. Bunu bir BƏƏ mənbəyi bildirib.

Təhnunun gizli missiyası böhran başlayandan bəri tərəflər arasında ən yüksək səviyyəli görüşdür.

Bu, Fucayrə limanında 4 tankerə hücumdan sonra meydana çıxan, BƏƏ-nin Tehranla daha yumşaq yanaşma izləməsinin əlamətidir.

Hərgah ABŞ Birgə Qərargahının direktoru admiral Maykl Gildey ABŞ kəşfiyyatının İnqilab Keşikçiləri Korpusunun hücumlara “birbaşa cavabdeh” olduğu qənaətinə gəldiyini söyləsə də, BƏƏ-nin özü bu hücumda heç vaxt günahkar göstərməyib.

Bunun əvəzinə, dəniz donanması zabitlərini İrandakı həmkarları ilə görüşməyə göndərib.

Amma həftəsonu missiyası gizli saxlanılıb.

Böyük Britaniya, Almaniya və Fransa Körfəzdəki hərbi qarşıdurmanı gücləndirmək üçün ABŞ-ın səylərinə qarşı çıxmağa çalışdığı bir məqamda, BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qargaş diplomatik səyləri yüksək qiymətləndirib.

Gargash deyib: “Hər dəfə BƏƏ İranla qarşıdurmanın qarşısını alıb. Gərginliyi və hərbi əməliyyatların potensialını azaltmaq üçün bütün tədbirləri davam etdirəcəyik. Zərurət olduqda, özünümüdafiədə hərəkətləri etməyə hazırıq, lakin hər zaman mütənasib və təmkinli davranırıq. Gərginliyi azaltmaq və mənalı danışıqlara qapı açmaqdan ötrü üçün praqmatik, diplomatik yol axtarırıq”.

Gizli missiya Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlar aparmaq cəhdləri fonunda yola çıxıb. Səudiyyəlilər İraqın baş naziri Adil Əbdülmehdi vasitəsilə Tehrana mesajlar göndəriblər.

Oktyabrın 1-də İraq baş nazirinin səlahiyyətli nümayəndəsi Abbas əl-Həsnavi Əbdülmehdinin Ər-Riyad və Tehrandakı rəhbərliklər arasında vasitəçilik etdiyini və tərəflərə şərtləri çatdırdığını təsdiqləyib.

Pakistanın baş naziri İmran Xan da bu işə qarışıb və bu həftə Tehran və Ər-Riyad arasında vasitəçilik edib.

İslamabadın iki yüksək vəzifəli məmuru “Reuters”-ə ABŞ prezidenti Donald Trampın xahişi ilə iki rəqib arasındakı gərginliyi azaltmağa çalışmaq üçün İmran Xanın Tehrana getdiyini təsdiqləyib.

Xan keçən ay BMT Baş Assambleyasının iclasında jurnalistlərə deyib: “Prezident Tramp məndən vəziyyəti normallaşdırmaq və bəlkə başqa bir razılaşma əldə edə bilib-bilməyəcəyimizi soruşdu. Bunu İran prezidenti Həsən Ruhaniyə çatdırdım və bəli, əlimizdən gələni etməyə çalışırıq. Proses davam edir, buna görə daha çox şeyə aşkarlıq verə bilmərəm”.

BƏƏ bu yaxınlarda İranla öz yolu ilə getməyin birdən çox əlamətini göstərib. Bu yaxınlarda qoşunlarını Yəməndən çıxardığını elan edib və cənubdakı Ədən liman şəhərində cənub separatçılarına açıq şəkildə dəstək verib. Onlar beynəlxalq səviyyədə tanınan Yəmən prezidenti Mənsur Hadiyə sadiq qüvvələrə qarşı mübarizə aparır. Bu yaxınlarda İranın dəstəklədiyi husilər və BƏƏ-nin dəstəklədiyi cənub separatçıları Hadiyə sadiq qüvvələrlə əsir mübadiləsində iştirak ediblər.

Oktyabrın 11-də Pentaqonreaktiv qırıcı eskadronları və hava hücumundan müdafiə heyəti ilə birlikdə Səudiyyə Ərəbistanına təxminən 2 min əlavə qüvvənin göndəriləcəyini açıqlayıb. Bu, Səudiyyə Ərəbistanının neft obyektlərinə son hücumlarla əlaqəli ikinci hərbi artım olacaq.

Pentaqon əlavə iki “Patriot” batareyası və bir “Terminal High Altitude Area” (THAAD) müdafiə sisteminin göndərdiyini də bildirib.

Pentaqonun sözçüsü Conatan Hoffman deyib: “Başqa yerdəyişmələr ilə birlikdə bu son bir ay ərzində əlavə 3 minlik qüvvəni meydana gətirir”.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar