Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara dənizdə sular dalğalanır - Rusiya və ABŞ-ın bu hövzədə hansı hesabları var?

Qara dəniz, həm də mühüm bir enerji tranzit yoludur. ABŞ “Montre Konvensiyası”na görə narahatdır, çünki bu razılaşma Qara dənizdə onun aktivlik göstərməsinin qarşısını alır...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 9 aprel 2021-ci il

Qara dəniz uzun müddətdir ki, qlobal qüvvələrin güc göstərisi meydanına çevrilib. ABŞ həm özü, həm də NATO vasitəsilə düşmən kimi qəbul etdiyi Rusiyanı mühasirəyə almaq üçün Qara dənizdə gücünü artırmağa çalışır. ABŞ bunu Türkiyə üzərindən həyata keçirmək üçün bir neçə dəfə cəhd etsə də, Türkiyə öz suverenliyini və təhlükəsizliyini qorumaqla, “Montre Boğazlar Konvensiyası”na sahib çıxmaqla bunun qarşısını aldı.

Əfqanıstan və Körfəz böhranlar zamanı ABÇ-ın Trabzonda baza yaratmaq tələbi də unudulmayıb. Türkiyə Qara dənizin sülh dənizi olmasını nəzərə alaraq Rusiya ilə iş birliyi etmiş və ortaq dəniz təlimləri həyata keçirmişdi.

Qara dəniz, həm də mühüm bir enerji tranzit yoludur. ABŞ “Montre Konvensiyası”na görə narahatdır, çünki bu razılaşma Qara dənizdə onun aktivlik göstərməsinin qarşısını alır. ABŞ bu səbəbdən, Bolqarıstan və Rumıniyanın NATO-ya üzvü olmasına öncülük etdi. İndi isə Ukrayna və Gürcüstanı eyni məqsədlə NATO-ya üzv etmək üçün səy göstərir. Yunanıstandakı təşəbbüslərinin məqsədlərindən biri də “Montre”ni uzatmaqdır.

Rusiya ABŞNATO-nun bu cəhdlərini təbii olaraq özünə qarşı təhlükə kimi görür və bu səbəbdən, əks həmlələr edir. Gürcüstandakı Abxaziya və Osetiyanı öz təsir sahəsinə çevirməsinin və Krımı ilhaq etməsinin səbəbi də budur.

Ukrayna ilə bağlı gərginlik

İndi isə mübarizə Ukrayna üzərində fokuslanıb. Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında artan gərginlik Vaşinqton-Moskva xəttindəki ən ciddi gərginlik ocağı kimi ortaya çıxır. ABŞ Ukraynanın yanında olduğunu ən yüksək səviyyədə ifadə edib və Rusiyanın Ukraynanın şərq sərhədlərində ordu toplanmasının narahatlıq doğurduğunu bildirib. Vaşinqton hərbi sahədəki cəhdləri ilə də Ukraynanın arxasında olduğunu göstərir.

Ukrayna isə NATO-ya çağırış edib. Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsinin gərginliyi artıracağını və bunun üçün də Moskva öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur olacağını açıqlayıb. Eyni zamanda, Rusiya rəsmiləri Ukraynanın şərqindəki qarşıdurmaların yüksəlməsinin Ukraynanı “məhv edə biləcəyi” barədə xəbərdarlıq ediblər.

Türkiyə çətin bir seçim qarşısındadır

Rusiya və Ukrayna arasındakı gərginliyin fonunda Türkiyə də çətin seçimlərlə üz-üzə qalıb. Bir tərəfdən, bir NATO üzvü kimi müəyyən məsuliyyətləri var, digər tərəfdən də, Rusiya ilə hərbi sahə də daxil olmaqla, bir çox sahədə əməkdaşlıq edir. Həmçinin, Ankara Ukrayna ilə də yaxşı əlaqələrə sahibdir. Unutmayaq ki, Türkiyə yaxın zamanda NATO-dakı öhdəlikləri çərçivəsində, Rusiyanın Qara dəniz üzərindəki uçuşlarının qarşısını alan NATO hava qüvvələri ilə birgə Qara dənizdəki təlimlərdə iştirak edib.

Türkiyə, eyni zamanda Rusiyanın Qafqazda və Balkanlarda artan təzyiqinə görə qurulan və Rusiyanın Ukrayna və Gürcüstandakı sabitliyi pozan fəaliyyətlərin qarşısını almağı hədəfləyən NATO VJTF-yə (Çox Yüksək Hazırlıq Səviyyəsinində Müştərək İş Qüvvəsi) daxil olub və indi də bir illik komandanlığını üzərinə götürüb. Gərginlik artarsa və Rusiya Ukrayna torpaqlarına girərsə, VJTF-nin istifadəsinə qərar veriləcək. Bu durumda Türkiyənin vəziyyəti də çox problemli olacaq. Vəziyyəti bu mərhələyə çatdırmamaq üçün çalışmaq və gərginliyi aşağı salmaq lazımdır.

Bəs Türkiyə nə etməlidir?

Ukraynadakı daxili qarşıdurmanın arta biləcəyini nəzərə alsaq, bunun Rusiya-Ukrayna qarşıdurmasına çevriləcəyi də hər kəsə aydındır. Burada müharibənin baş verəcəyi təqdirdə, Krımda olduğu kimi Rusiyanın bəzi Ukrayna ərazilərini işğal etməsi də mümkündür.

Bu durumda Türkiyə Qara dənizdəki sabitliyin və sülhün pozulmasından əziyyət çəkə bilər. “Montre Konvensiyası” da Türkiyənin suverenliyinin və təhlükəsizliyinin sığortasıdır. ABŞNATO-nun gərginliyi bəhanə gətirərək “Montre Konvensiyası”nın uzadılmasına getməyə bilər. Ona görə də həssaslıq eyni formada qorunmalıdır. Mümkün bir qarşıdurmada həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlər nəzərə alınmalı və həssas tarazlığın qorunması üçün tərəf tutulmamalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar