Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara balın özəlliyi - Qarabaşaq balının 10 faydası

Qarabaşaq balı bir sıra xəstəliklərə güclü təsir edir...

Qədim zamanlarda bütün xəstəliklərin aradan qaldırılması üçün baldan istifadə olunub. İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqlar sayəsində xəstəliklərin aradan qaldırılmasına nail olublar.

Balın bir çox növləri var: Bunlara cökə balı, moruq balı, ağ akasiya balı, çəmən balı, meşə balı, yabanı bal və s. aid etmək olar. Bundan əlavə qarabaşaq balı adlanan növ də mövcuddur. Bu bal qarabaşaq çiçəklərindən əldə edilir. Doğrudur, qarabaşaq bitkisinin çiçəkləri ağ rəngdə olsa da, arının onun nektarından istehsal etdiyi bal qara rəngdə olur. Qarabaşaq balı bir sıra xəstəliklərə güclü təsir edir.

PİA.az medicina.az-a istinadən həmin faydaları təqdim edir:

- Beynin hüceyrələrini və toxumaları qlükoza və fruktoza ilə təmin edir, enerji balansının saxlanmasına kömək edir

- Mineralların hesabına dəri, ürək, mədə xəstəliklərinin müalicəsində istifadə olunur

- Gözün torlu qişasının işini yaxşılaşdırır və irinli yaraların sağalmasını sürətləndirir

- İmmun sistemini dəstəkləyir

- Anginanı, zökəm, qrip və kəskin respirator xəstəliklər və tənəffüs yollarının müxtəlif xəstəliklərin müalicəsində istifadəsi məsləhətdir.

- Hipertoniya və qan azlığından xilas olmağa kömək edir. O, damarların işini qaydaya salır və qanı zənginləşdirir, qanın hazırlanmasına kömək edir.

-Avitaminoz zamanı orqanizmin bərpasına xeyri var

. -Orqanizmin mübadilə proseslərinin normallaşdırılmasına müsbət təsir edir

- Orqanizmdən radionukleidleri çıxarmaq qabiliyyəti var (yəni radiasiya olan bədəni təmizləmək)

- Depressiyadan çıxarır, sakitləşməyə və əhval-ruhiyyəni qaldırmağa kömək edir

-Mədədə turşu balansının sabitləşdirilməsində istifadə olunur. Onu xora xəstəliyinin müalicəsində tövsiyə edirlər

Əgər bu kimi sağlıq problemləriniz varsa, qarabaşaq balı alıb qəbul edə bilərsiz.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar