Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqarinin ölümündən sonra xanımı 52 il yaşayıb, ərə getməyib

Qızları orta məktəbi qızıl medalla bitirib, ali təhsil alıb, ailə qurublar...

12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika günüdür. Məhz 1961-ci ilin bu tarixində ilk dəfə olaraq SSRİ vətəndaşı Yuri Qaqarin orbitə çıxıb, kosmosu fəth edib. Bununla da 108 dəqiqə səmaların “qonağı” olan Yuri Qaqarin planetin ən məşhur adamına çevrilib. Ən tanınmış siyasətçilər, dövlət başçıları onunla görüşməkdən şərəf duyublar, şərəfinə ziyafətlər veriblər. Yuri Qaqarinin ulduzlu ömrü uzun sürməyib. O, 27 mart 1968-ci ildə sınaq-məşq uçuşları zamanı 34 yaşında həlak olub.

Yuri Qaqarin haqqında çoxsaylı filmlər çəkilib, kitablar yazılıb, məqalələr dərc edilib və bütün bunlar həmişə maraqla qarşılanıb. Amma maraqlı tərəflərdən biri də kosmonavtın həlak olmasından sonra onun ailəsinin aqibətidir.

Yuri Qaqarin 1957-ci ildə, 23 yaşında olanda Orenburq şəhərində 22 yaşlı Valentina Qoryaçeva ilə ailə həyatı qurub. Orenburq tibb məktəbini bitirən Valentina Uçuşların İdarəeymə Mərkəzinin tibbi laboratoriyasında tibb bacısı və laborant işləyib.

Yuri Qaqarinin həlak olmasından sonra o, ömrünün sonuna qədər həyat yoldaşı ilə bağlı bir dəfə də olsun jurnalistlərə geniş müsahibə verməyib.

1981-ci ildə Valentina Qaqarinanın “108 dəqiqə və bütün həyat” kitabı 50 min tirajla işıq üzü görüb.

Yuri Qaqarin 12 aprel uçuşundan əvvəl həyat yoldaşına məktub yazıb. Amma həmin məktubu ona verməyib. Valentina Qaqarina yalnız 1968-ci ildə kosmonavtın həlak olmasından sonra məktubu Qaqarinin sənədlərinin arasından tapıb. Həmin məktubda Qaqarin bu sətirləri də yazıb:
“...Mən texnikalara inanıram. Amma adam getdiyi yerdə də hansısa bədbəxt bir hadisə ilə üzləşə bilər. Hansısa bir hadisənin baş verəcəyi halında özünü üzməməyi xahiş edirəm. Əsas istəyim odur ki, qızlarımızı yaxşı tərbiyə edəsən. Şəxsi həyatına gəlincə, bunu sənin öz ixtiyarına buraxıram, necə lazım bilirsənsə, elə də edərsən...”

Kosmovavtın ölümündən sonra Valentina Qaqarina ikinci dəfə ailə həyatı qurmayıb.

Valentina Qaqarinanın Moskvaya köçmək imkanı olub. Ailəyə Moskvada mənzil təklif edilsə də, o, əvvəlki evində, Moskva ətrafında yerləşən Şelkovo rayonunda, Ulduz şəhərciyində yaşayıb.

1976-cı ildə Valentina Qaqarina həyat yoldaşının bütün şəxsi əşyalarını Yuri Qaqarin muzeyinə verib. Yalnız onun gündəliyini və yazdığı məktublarını özündə saxlayıb.

1961-ci ildə Valentina Qaqarina Nikita Xruşovun təşəbbüsü ilə kosmosu fəth edən ilk kosmonavtın həyat yoldaşı kimi “Lenin” ordeni ilə təltif edilib.

2011-ci ildə Rusiya Kosmonovtika Federasiyası Valentina Qaqarinanı “Qaqarin” ordeni ilə təltif edib.

2017-ci ildə kosmonavtın həyat yoldaşı daha bir titula sahib olub, Moskva vilayətinin fəxri vətəndaşı tituluna.

Valentina Qaqarina həyat yoldaşından 52 il sonra, 2020-ci ildə 84 yaşında vəfat edib. O, Moskva vilayətinin Mıtişi şəhərində yerləşən federal hərbi memorial qəbiristanlığında dəfn olunub.

Yuri Qaqarinin hər iki qızı orta məktəbi qızıl medalla bitirib. Yelena Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra o, iyirmi ili Puşkin adına incəsənət muzeyində çalışıb. Bu illərdə o, həm də namizədlik dissertasiyası müdafiə edib.
2001-ci ilin aprel ayında, kosmosa ilk uçuşun 40 illik yubileyi ərəfəsində Vladimir Putin Yelena Qaqarinanı “Moskva Kremli” muzey-qoruğuna baş direktor vəzifəsinə təyin edib.

Kosmonavtın kiçik qızı Qalina Qaqarina Plexanov adına Moskva Xalq Təssərüfatı İnstitutunda ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra elə həmin institutda işləməyə başlayıb. O, 1985-ci ildə namizədlik, 2014-cü ildə doktorluq disertasiyası müdafiə edib. Hazırda da Qalina Qaqarina elmi və pedaqoji fəaliyyətini həmin institutda davam etdirir.

Yuri Qaqarinin hər iki qızı ailələdir, onların toy mərasimləri heç bir təntənə ilə fərqlənməyib. Qızlar ailə qurduqdan sonra soyadlarını dəyişməyiblər.

SSRİ-nin, sonralar isə Rusiya Federasiyasının rəhbərləri Qaqarinin ailəsinə həmişə həssaslıqla yanaşıblar, problemləri ilə maraqlanıblar. SSRİ-də rəsmi səfərdə olan bir sıra xarici dövlət başçıları səfər çərçivəsində Yuri Qaqarinin həyat yoldaşı ilə də görüşüblər.

Qaqarinlər ailəsi sovet dövründə ən nümunəvi ailələrdən biri sayılıb. Bu cür dəyərləndirmə heç də kommunist ideologiyasının məhsulu olmayıb. Yuri Qaqarin vaxt məhdudiyyətinə baxmayaraq vaxtını daha çox ailəsi birlikdə keçirməyə üstünlük verib. O, ailədə qızları ilə yanaşı həyat yoldaşı tərəfindən də “atamız” deyə çağrılıb.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar