Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapı dəstəyindən koronavirusa yoluxma ehtimalı varmı? - Araşdırma

Koronavirusun yayılması əsasən hava-damcı yolu ilə baş verməsinə baxmayaraq, virusun əşyalar üzərində qalıb-qalmaması, bunun nə qədər davam etməsi ilə bağlı araşdırmalar diqqət çəkir...

Bu barədə Almaniyanın “Die Zeit” nəşri yazıb.

Böyük Britaniyanın Milli Səhiyyə İnstitutu və Səhiyyə Nazirliyinin araşdırmaçıları koronavirusun səthlər üzərində hansı müddət ərzində qaldığını və insanlara necə təsir etdiyini araşdırıblar.

Belə ki, onlar eksperiment çərçivəsində daxilində koronavirus olan mayeni plastik kütlə, karton və metal üzərinə sürtüblər. Müşahidə nəticəsində məlum olub ki, koronavirusun qalıqları paslanmayan polad və plastik kütlə üzərində 3 gün qalır. Müəllifə görə, bu, prinsipial əhəmiyyət daşıyır, çünki bu materiallardan xəstəxanalarda mütəmadi istifadə olunur. Ancaq bununla belə, araşdırmanın gündəlik həyatda praktiki əhəmiyyəti məhduddur. Belə ki, əşyaların səthi üzərində qalan virusun insanın orqanizminə keçə bilməsi hələ ki dəqiq deyil.

Bundan başqa, müəllifə görə, SARS-CoV-2-nin insanı yoluxdurmağa yetəcək nə qədər dozada olması da az məlumdur.

Məqalədə vurğulanıb ki, bir neçə gün öncə çinli alimlər “Lancet” jurnalında kiçik araşdırma dərc ediblər. Britaniyadakı araşdırmaya bənzər keçirilən eksperimentdə çinli alimlər koronavirusun stabilliyini yenə plastik kütlə və polad, həmçinin əsginas və cərrah maskaları üzərində sınayıblar. Araşdırmaçılar koronavirusun hansı temperatur və optimal laborator şəraitdə öz virulentliyini (yoluxma dərəcəsini) qoruduğunu tədqiq ediblər. Təbii şərait və 4 dərəcə istidə SARS-CoV-2-nin qalıqları 14 gün sonra da aşkarlanıb. 56 dərəcə istidə virus 30 dəqiqəyə, 70 dərəcədə isə 5 dəqiqəyə yox olub. Maraqlıdır ki, cərrah maskasının həm düz, həm də tərs tərəfində virus daha çox yaşayıb, nəinki şüşə və ya əsginasda.

“Ancaq bununla belə, bu araşdırma ətraf mühit vasitəsilə yoluxmanın real riskini göstərmir. Bunu müəyyənləşdirmək üçün COVID-19 daşıyıcısı xəstələrin evinə gedib tədqiq etmək lazımdır”, - virusoloq Yonas Şmidt-Hanazit bildirib.

Onun həmkarı Hendrik Strik bunu gerçəkləşdirmək üçün Almaniyada pandemiyanın episentrlərindən olan Haynsberq şəhərində xəstələrin olduğu yerlərdə sıx təmasda olduğu əşyalardan, xüsusilə qapı dəstəklərindən nümunələr götürüb. Lakin araşdırmaçı orada yoluxdurma gücünə sahib virus aşkarlamayıb.

“Mağazada az öncə birisinin üzərinə öskürdüyü yoqurta toxunub, ondan yoluxdurucu dozanı əldə edib və dərhal üzünüzə toxunaraq virusa yoluxma ehtimalınız çox azdır”, - araşdırmaçı Yonas Şmidt-Hanazit vurğulayıb.(report)

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ən çox oxunanalar