Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz siqaret və spirtli içkilərin satışının qarşısı alınıb

Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri keçirilib

Qanunsuz yolla tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb

DGK-dən verilənm məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və naməlum şəxsə satılacağı barədə məlumat daxil olub.

Bu məlumat əsasında Bakı Beynəlxalq Avtovağzalı ərazisində əməliyyat tədbiri keçirilib. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, həqiqətən avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib.

Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib.

Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.

Daha sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində 3 ədəd karton qutuya və 23 ədəd sellofan torbaya təkrar baxış keçirilib. Bu zaman üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 73.800 ədəd müxtəlif markalı siqaret və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar