Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin, LənkəranAstara rayonlarının Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzəsində, Mingəçevir, Şəmkir su anbarlarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Şəmkir rayon sakini Abbas Abbasov, Astara şəhər sakinləri Əsgər Abdullayev, Mehman Xocaxanov, Lənkəran rayon sakinləri Ramiz Qulamov, Samir Əsədullayev, İlkin Qulamov, Mingəçevir şəhər sakinləri Füzuli İlyasov, Tural Allahverdiyev, Yevlax rayon sakini Səyyar Ağayev, Sumqayıt şəhər sakini Rəhman Hüseynov, Bakı şəhər sakini Sevda Hüseynova, Xızı rayon sakini Sultan Hüseynov olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən İmişli rayon sakini Zaur Ələkbərov, Şəki rayon sakini Əfqan Hidayətov və Ağstafa rayon sakini Rufin Gülümcanov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar