Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanuni oğru” Rəşad Gəncinskiyə 10 il həbs cəzası verildi

Minsk rayon məhkəməsi “qanuni oğru” Rəşad İsmayılovun (Rəşad Gəncinski) 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb

Xəbəri “Sputnik-Belarus” yayıb.

Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə “nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunub.

Cinayət işinin materiallarına əsasən, Rəşad İsmayılov həmin şəxslərlə birlikdə 2018-ci ilin noyabr ayında “Lexus LX570” markalı avtomobildə Rusiyadan Belarus ərazisinə keçib. Saxlanılarkən onların üzərindən iki tapança, patronlar və narkotik tapılıb.

Bundan başqa, məlum olub ki, kriminal avtoritet Belarusa saxta Rusiya pasportu ilə keçib.

İkinci təqsirləndirilən-İsmayılovun sürücüsü, Belarus vətəndaşı, hansından ki, tapança və patron aşkar edilmişdi, 8 il həbs cəzasına məhkum edilib. Bu işdə iştirak edən və üzərindən narkotik maddə tapılmış üçüncü şəxs isə 6 il həbs cəzası alıb.

Onların adları açıqlanmır. (Azpolitika)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar