Çərşənbə, 26 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Qanlı gecəni fotokameranın gözü ilə dünyaya çatdıran şahid - Video

Qanlı 20 yanvar hadisələrinin canlı şahidələrinin sayı hesabı yoxdur...

Həmin gecə baş verənləri öz gözləri ilə görüb, fotokameranın gözü ilə dünyaya çatdıranlardan biri də tanınmış fotojurnalist, əməkdar mədəniyyət işçisi Fərid Xayrulindir.

PİA.az BAKU.TV-yə istinadən xəbər verir ki, yanvarın 22-də faciə qurbanlarının dəfni üçün Azadlıq meydanına toplanan insanların fotosu onun ən məşhur işlərindən biridir.

O, həmin gecəni isə belə xatırlayır.

“19-dan 20 keçən gecə mənə redaksiyadan zəng etdilər və olanlar barəsində məlumat verdilər. Dedilər ki, səhər tezdən işdə olmaq lazımdır.

Mən həmin səhər öz doğma qardaşımı Moskvaya ezamiyyətə yola salmalı idim.

İlk növbədə mən təbii olaraq aereporta zəng etdim ki, təyyarə barəsində məlumat alım.

Polkovnik İvanov mənə dedi ki, aereport işləyir amma komendant saatıdı.

Komendant saatı tətbiq olunmuşdu amma teleqüllə partladıldığından caamatın bundan xəbəri yox idi. Buna görə də, saat 6-a kimi evdən çıxmamağı tapşırdılar.

Yolun tən ortasında “Kamaz” vardı. Maşının yan şüşələri güllədən dəlmə-deşik olmuşdu. Oradan iri dəliklər açılmışdı.

Salonda isə dəhşətli bir mənzərə var idi. İnsanların qətliamı idi, qan, cırılmış qanlı paltarlar və daha nələr, nələr.

Mən şəhəri dolaşdıqca bildim ki, ən dəhşətli mənzərə “Salyanski” kazarmanın yanında olacaq. Mən maşından enəndə atəş səsləri eşitdim”.

Qeyd edək ki, Fərid Xayrulinin yanvar hadisələri zamanı çəkdiyi şəkillər beynəlxalq informasiya agentiklərində nəşr olunub.

Dəhşətli şərtlərə baxmayaraq, o, işləməyə davam edib.

Çəkdiyi fotolar bu gün də həmin gecənin acısını, dəhşətini göstərir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: 20 Yanvar

Şərh yazın.


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

ABŞ-a meydan oxuyan Çin iqtisadiyyatına niyə “virus düşdü”?..

Siyavuş Novruzovdan həbs olunan icra başçısı ilə bağlı inanılmaz açıqlama

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: Muxtar Babayevin əmisi oğlunun başı dərdədir

İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

4 partiyalı sistem keçid edən ABŞ amansız bir ideoloji müharibəyə sürüklənir…

DTX-nin sorğuladığı xanım müavinlə bağlı yeni xəbər

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi – Sərəncam

Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan

Masazırda qanlı olay: əvvəl döydülər,sonra güllələyib qəbristanlıqda basdırdılar

Elzadan növbəti "şedevr"-  Koronavirusa "şeir" yazdı

loading...

Ən çox oxunanalar