Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalib Azərbaycana dünya necə yanaşacaq - siyasilərin proqnozu

Azərbaycanın 44 günlük Vətən müharibəsində döyüş meydanında qazandığı qələbə siyasi-diplomatik müstəvilərdə möhkəmlənir və davam edir. Maraqlıdır, bundan sonra qalib Azərbaycanın beynəlxalq nüfuzu necə olacaq?

Sentyabrın 27-nə qədər bir sıra ölkələr var idi ki, rəsmi Bakı ilə yaxın münasibətlər qurmağa tərəddüdlə yanaşırdılar, ermənipərəst mövqedən çıxış edirdilər.

Eyni sözləri bəzi beynəlxalq qurumlara da şamil etmək olar.

Bəzən Azərbaycana məğlub ölkə kimi yanaşılmasının da şahidi olurduq...

Bəs bundan sonra nə gözlənilir?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında dedi: “Hər halda, hərbi dairələrdə, daha sonra hərbi-siyasi dairələrdə Azərbaycanın nüfuzu çox yüksək olacaq. Ölkəmizin generallarına, zabitlərinə sülhməramlı qoşunların tərkibində olduğu ölkələrdə çox hörmətlə yanaşacaqlar. Əlavə olaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini bu şəkildə həll etdiyinə, XXI əsr müharibəsini aparmaq bacarığına, eyni zamanda savaşı çox qısa zamanda, yəni 30 illik münaqişəni 44 günə bitirdiyinə görə təbii ki, siyasi dairələrdə hörmətlə qarşılanacaq. Düşünürəm ki, hazırda Azərbaycanda gedən və bundan sonra daha da dərinləşəcək siyasi-iqtisadi yöndə islahatlar da ölkəmizin beynəlxalq aləmdə siyasi, dövlətçilik nüfuzunun ciddi şəkildə artmasına vəsilə olacaqdır”.

Razi Nurullayev: “Dövlətimizə bir çox ölkələrin münasibəti dəyişib”

Deputat bəzi ölkələrin Azərbaycana münasibətlərində ciddi şəkildə dəyişikliklər olacağını düşünür: “Hazırda Azərbaycana bir çox ölkələrin münasibəti dəyişib. Hətta deyə bilərik ki, Avropa Birliyinin üzvü olan ölkələrin dövlətimizə qarşı münasibəti kifayət qədər liberallaşıb, yaxşılaşıb. Məsələn, deyək ki, Azərbaycan İtaliya ilə dost ölkə idi, münasibətlər indi daha da normallaşıb. Macarıstanla bağlı da eyni sözləri deyə bilərik. Bu ölkə ilə hörmət-izzət bir az da artıb. Avropa Birliyinin üzvü olmayan, amma Avropanın göbəyində yerləşən ölkələrlə də Azərbaycanın münasibəti xeyli fərqlənir. Məsələn, Serbiyanın ölkəmizə qarşı münasibəti dəyişib. Bilirsiniz ki, rəsmi Bakı bu ölkəni Ermənistana silah göndərməkdə günahlandırmışdı. Serbiya nə etdi? Bu ləkəni üzərindən götürmək məqsədilə Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq üçün çoxlu çabalar sərf etdi. Bosniya və Hersoqovina ölkəmizin yanında olduğunu elan etdi. Bundan sonrakı mərhələdə də hesab edirəm ki, digər dünya ölkələri Azərbaycana əvvəlki kimi əmredici formalda danışa bilməyəcəklər. Bilirsiniz ki, Fransa dünyanın ən güclü və böyük dövlətlərindən biridir. Azərbaycan Prezidenti, Ali Baş Komandan Fransa ilə bərabər səviyyədə danışıqlar, söhbətlər apardı, müsahibələrində bərabər şəkildə danışdı. Nəticədə Fransa kimi böyük dövlət Azərbaycana öz iddialarını və tələblərini qəbul etdirə bilmədi. Rusiya ilə üçtərəfli müqavilənin bağlanmasında Azərbaycan Prezidentinin göstərdiyi xarizmatik performans da çox ciddi şəkildə müsbət ovqat yaratdı. Bu baxımdan Azərbaycan artıq nüfuzlu dünya ölkələri ilə özünə güvənli, inamlı şəkildə münasibətlər yaradır. Bu da təbii ki, beynəlxalq arenada Azərbaycanın siyasi və dövlətçilik nüfuzunun artmasına köməklik göstərəcək”.

Asim Mollazadə: “Ənənəvi olaraq qaliblərə münasibət fərqlidir”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qaliblərə münasibətin hər zaman fərqli olduğunu söylədi: “Azərbaycan öz üzərinə düşən işləri görüb. Söhbət ilk növbədə Silahlı Qüvvələrimizin qələbəsindən gedir. Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, Minsk Qrupunun Ermənistanı sülhə məcburetmə əməliyyatını həyata keçirib. Baxmayaraq, səlib yürüşü təfəkkürü ilə yaşayan ölkələr və siyasi rəhbərlər var. Lakin ənənəvi olaraq qaliblərə münasibət fərqlidir. Biz qalib gəldik. Dünyaya isbat etdik ki, Azərbaycan güclü dövlətdir və xalqımızın iradəsi çox güclüdür. Vətən torpaqlarımızı qorumağa qadir olduğumuzu bütün dünya gördü. Mənə elə gəlir ki, münasibət də bu istiqamətdə fərqli olmalıdır. Çünki biz hansısa bir aciz və məğlub xalq deyilik, qalib xalqıq. Azərbaycan dövləti daha da güclənib, regionun əsas güc sahibi missiyasını əzmlə yerinə yetirməkdə davam edəcək. Bununla yanaşı, dünya bilməlidir ki, Azərbaycanın siyasəti məhz əməkdaşlıq, tərəfdaşlıq üzərində formalaşır. Bizim strateji layihələrimiz dünyada əslində çox ciddi sistemin formalaşmasına xidmət edir, strateji tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradır. Azərbaycan çox böyük tarixi sivilizasiyaların, fərqli etnik qrupların əməkdaşlıq sisteminin formalaşması ənənələrinə malikdir. Bu ənənələrə dünyada bu gün çox böyük ehtiyac var. Mənə gəlir ki, Azərbaycanın bu təcrübəsindən keşməkeşli həyat yaşayan bəzi bölgələr istifadə etməlidir. Ölkəmiz ona qarşı ərazi iddiaları olan, bütün dünyaya öz vandalizmini göstərən bir qüvvəyə qalib gəldi. Eyni zamanda bütün bunlarla yanaşı Azərbaycan öz humanist dəyərlərini bir daha nümayiş etdirməkdədir. Biz çalışmalıyıq ki, öz dəyərlərimizi dünyaya daha sürətlə çatdıraq. Öz mədəniyyətimizi dünyaya daha geniş şəkildə çatdırmaq üzərində də hər an çalışmalıyıq. Onlar anlasınlar ki, Azərbaycan xalqının istəkləri nədir, dövlətimiz hansı dəyərlər üzərində formalaşıb. Bizim dəyərlərdən bir çox ölkələr və bölgələr bəhrələnə bilər”. (Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar