Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalatasaray” və “Fənərbağça”nın növbəti dueli - 1,1 milyardlıq derbi

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək

XI tur çərçivəsində “Qalatasaray” “Fənərbağça”nı qəbul edəcək. “Türk Telekom Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Fatih Terimin rəhbərlik etdiyi kollektiv ötən həftə “Yeni Malatyaspor”a 2 cavabsız qolla uduzmaqla liderliyi əldən verib. Cari mövsümdə 6 qələbə qazanıb, 3 dəfə məğlub olan və 1 matçda heç-heçə edən son çempion 19 xalla 3-cü pillədədir. Birinci sıradakı “Başakşehrin” 21, ikinci yerdəki “Kasımpaşa”nın isə 19 xalı var.

“Fənərbağça” rəhbərliyi ötən tur “Ankaragücü”nə 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fillip Kokunu istefaya göndərib. “Sarı-lacivərdliler”i oyuna hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq.

“Qalatasaray”da zədəli Fernando Rejes, eləcə də əməliyyat olunan Emre Akbaba və Yuto Naqatomo derbidə forma geyinə bilməyəcək. Mariano Filyo isə cəzalı olduğu üçün matçı kənardan izləyəcək. Henri Onyekuru, Sofyan Fequli, Serdar Aziz ve Eren Derdiyokun isə mikro-zədələri var. Lakin onların meydana çıxmaq ehtimalları yüksəkdir.

“Fənərbağça” ötən tur qırmızı vərəqə alam İslam Slimaninin xidmətindən yararlana bilməyəcək. Mehmet Topal, Mehmet Ekici, Oğuz Kağan və Tolqa Ciyerci isə zədəlidir.

Komandaların təxmini “11-lik”lər aşağıdakı kimidir:

“Qalatasaray”: Fernando Muslera, Martin Linnes, Ozan Kabak, Serdar Aziz (Maykon), Ömer Bayram, Rayan Donk, Papa Ailun Ndiaye, Sinan Gümüş (Henri Onyekuru), Yunes Belhanda, Harri Rodriqeş, Eren Derdiyok.

“Fənərbağça”: Harun Tekin, Maurisio İsla (Şener Özbayraklı), Roman Noyştedter, Martin Şkrtel, Hasan Ali Kaldırım, Jailson, Elif Elmas, Andre Ayyu, Alper Potuk (Barış Alıcı), Yasin Benzya, Roberto Soldado.

Bu gün baş tutacaq oyun 109 illk rəqabətin 388-ci derbisi olacaq. “Qalatasaray” indiyə qədər 123, “Fənərbağça” isə 146 dəfə qalib gəlib. 118 görüşdə isə heç-heçə qeydə alınıb. “Sarı-lacivərdlilər”in vurduğu 532 qola “Cim-Bom” 482 topla cavab verib.

“Qalatasaray” və “Fənərbağça” 61-ci mövsümü oynanılan Super Liqada 122 dəfə qarşılaşıb. Burada da qonaqlar üstündür – 50:33. Bərabərliklə başa çatan matç sayı isə 39-dur. Top fərqinə gəlincə, “Cim-Bom” burada da geridədir – 116:154.

Bu komandaların son 10 rəsmi duelindən 5-i heç-heçə başa çatıb. “Fənərbağça” 3, “Qalatasaray” 2 dəfə qalib gəlib.

Komandaları futbolçuların qiymətlərinə görə müqayisə etsək, “sarı-qırmızılar” daha dəyərli heyətə malikdir. “Transfermarkt”ın məlumatlarına əsasən, “Qalatasaray” 96 milyon avroluq heyətlə Super Liqada ən üstün durumdadır. “Fənərbağça”da bu göstərici 90 milyon avrodur. Bu rəqəmləri toplayıb, türk lirəsinə çevirsək, azarkeşlərin 1,1 milyardlıq bir derbi izləyəcəklərini söyləyə bilərik.

Matç üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Axşam saatlarında “Türk Telekom Arena” və stadiona yaxın ərazilərdə ümumilikdə 100 mühafizəçi və 3 min polis xidmət göstərəcək.(report)

Super Liqa

XI tur

22:00. “Qalatasaray” – “Fənərbağça”

Hakimlər: Fırat Aydınus, Serkan Ok, Aleks Taşçıoğlu, Özgür Yankaya

“Türk Telekom Arena”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar