Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalatasaray” mütləq qələbə qazanmalıdır – Afişa

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq

“Report” xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Rusiyada “Lokomotiv”in qonağı olacaq. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. “Sarı-qırmızılar” heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaq.

Qrupun digər matçında Portuqaliyanın “Portu” klubu doğma azarkeşlər önündə Almaniya “Şalke”si ilə üz-üzə gələcək. Meydan sahibləri bu görüşdə bir xal qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq 1/8 finala yüksələcək.

Günün mərkəzi qarşılaşması Fransada baş tutacaq. PSJ ilk iki pillələrdə qərarlaşan komandalardan uzaqlaşmamaq üçün İngiltərə “Liverpul”u ilə münasibətlərə aydınlıq gətirəcək.

Qrupun digər oyununda İtaliya “Napoli”si evdə Serbiynın “Srvena Zvezda” kollektivinin müqavimətini qırmağa çalışacaq.

Günün digər maraqla gözlənilən dueli İngiltərədə olacaq. “Tottenhem” İtaliya “İnter”i qarşılaşacaq. London təmsilçisi mütləq qələbə qazanmalıdırsa, italyanlara 1/8 final üçün heç-heçə də bəs edir.

Qrupda növbəti mərhələni təmin edən İspaniya “Barselona”sı isə səfərdə Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, V tur

28 noyabr

A Qrupu

21:55. “Atletiko” (Madrid, İspaniya) – “Monako” (Fransa)

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika)

Xal durumu: “Borussiya” – 9, “Atletiko” – 9, “Brügge” – 4, “Monako” – 1

B Qrupu

00:00. “Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)

00:00. PSV (Eyndhoven, Hollandiya) – “Barselona” (İspaniya)

Xal durumu: “Barselona” – 10. “İnter” – 7. “Tottenhem” – 4, PSV – 1

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)

00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Liverpul” – 6, “Napoli” – 6, PSJ – 5, “Srvena Zvezda” – 4.

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Qalatasaray” (Türkiyə)

00:00. “Portu” (Portuqaliya) – “Şalke” (Almaniya)

Xal durumu: “Portu” – 10, “Şalke” – 8, “Qalatasaray” – 4, “Lokomotiv” – 0.

pia.az


Etiket: UEFA Qalatasaray

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar