Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadir İbrahimli: “Dövlət istiqrazları risksiz borc alətləridir”

“Ölkə ərazisində Maliyyə Nazirliyi tərəfindən milli valyutada emissiya edilən dövlət istiqrazları risksiz borc alətləridir”

“Bu istiqrazlar istər qısa, istərsə də ortamüddətli ola bilər. Məhz bu səbəbdən dövlət istiqrazlarının hər hansı bir digər borc alətləri ilə müqayisə edilməsi düzgün deyil”.

Bu sözləri dövlət istiqrazlarının emissiyasında devalvasiya risklərini şərh edən iqtisadçı Qadir İbrahimli deyib.

Bir qədər əvvəl Mərkəzi Bankın sədri yaxın gələcəkdə devalvasiya risklərinin mümkün olmadığını bəyan edib: “Bütün bunlara görə Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Hal-hazırda Maliyyə Nazirliyi tərəfindən milli valyutada buraxılan 1-3 illik dövlət istiqrazları təqribən 7-9 faiz gəlirliliklə yerləşdirilir. Eyni zamanda kommersiya banklarının manatla qəbul etdiyi əmanətlərin gəlirlilik dərəcəsi 7-9 faiz, xarici valyutada isə təqribən 1-3 faiz civarındadır. Düzdür, əmanətlər üzrə faizlərin konkret dərəcəsi müxtəlif amillərdən asılıdır. Ancaq əsas məsəl devalvasiya riskidir ki, o da yaxın gələcəkdə gözlənilimir.

“Bu və son iki il ərzində manatın məzənnəsinin sabit qalması Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarını alan investorlara banklarda xarici valyutada 1-3 faiz gəlirliliklə yerləşdirəcəkləri əmanətlərlə müqayisədə daha çox (təqribən 5-6 faiz) gəlir əldə edilməsinə şərait yaratmaqdadır. Əlavə olaraq qeyd etmək lazımdır ki, bir çox hallarda əhalinin banklarda əmanət olaraq yerləşdirdiyi sərbəst vəsaitlər nəticə etibarilə dövlət istiqrazlarına yatırılır”- deyə iqtisadçı vurğulayıb. (istiqlal.az)

pia.az


Etiket: İstiqraz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar