Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

Alimlər qadınların kişilərdən daha çox yaşamasının səbəbini müəyyənləşdiriblər...

“The Conversation”ın xəbərinə görə, Hollandiya və Danimarka alimləri niyə qadınların kişilərdən daha çox yaşadıqları sualına cavab tapıb.

Cənubi Danimarka və Gröeningen Universitetinin alimlərinin araşdırmasına görə qadınlar orta hesabla iki il artıq yaşayırlar.

Şimali Amerika, Avropa və Okeaniyada yaşayan 50-85 yaşlı kişilər və qadınlar üzərində təcrübə aparılıb.

Statistikaya görə, 1950-ci ildə kişi və qadınların ömür uzunluğu arasındakı fərq 2 il 5 ay, 1980-ci ildə isə 4 il 5 ay olduğu müəyyən edilib. 2015-ci ilə qədər fərq azalaraq təxminən iki il təşkil edib.

Kişilərin ömrünün daha qısa olmasının əsas səbəbi tütün çəkməsidir. Kişilər daha əvvəl siqaret çəkməyə başlayırlar və qadınlardan daha çox siqaret çəkirlər.

Tədqiqatda deyilir: “Əvvəl kişilər siqaret çəkirdilər və siqaretdən ölməyə başladılar. Sonra qadınlar da siqaret çəkməyə başladılar və bu, onların ölümlərinə səbəb oldu”.(oxu.az)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: kişi qadın


loading...

Ən çox oxunanalar