Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlarımız niyə əcnəbi vətəndaşlarla ailə qururlar? – Sevgi, xarici vətəndaşlıq, yoxsa...

Sosioloq: “Qadınlarımızın əcnəbi vətəndaşlarla ailə qurmasını bir növ onların dünyaya inteqrasiyası kimi qəbul etmək lazımdır”

“Qadınlarımız əcnəbilərdə qısqanclığın daha az olduğunu, sərbəstliyin daha çox olduğunu düşünürlər. Yəni qadınlarımız öz həyatların daha rahat yaşaya biləcəklərini düşündükləri üçün əcnəbi kişiləri seçir”.

Bu sözləri sosioloq-jurnalist Lalə Mehralı qadınlarımızın əcnəbi vətəndaşlarla ailə qurmaqlarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb. Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir. Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 93 nikahın pozulması qeydə alınıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.

Xatırladaq ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

Müşahidələr də göstərir ki, son illər azərbaycanlı qaızlar əcnəbilərlə ailə qurmağa daha çox meyl edirlər. Bu qadınların hamısı ailəni şərtləndirən sevgiylə ailələrin qurublar yoxsa başqa şərtlərlə? Ümumiyyətlə qadınlarımızı əcnəbilərlə ailə qurmağa hansı amillər sövq edir?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq-jurnalist Lalə Mehralı ilə müzakirə edib.

Lalə Mehralı: “Qadınlarımızı kişilərimizin mövcud vəziyyəti, psixologiyası, şüuru, təhsili qane etməlidir”.

Əcnəbilərlə ailə quran qadınlarımızın çoxunun sevgi əsasında ailə qurduqlarını düşünən sosioloq-jurnalist PİA.az-a açıqlamasında bildirib ki, bizim qadınların ailəcanlı olması əcnəbi kişilərin seçimi üçün üstünlükdür:

“Bizim qadınlarımız ən çox türk vətəndaşları ilə ailə qururlar. Türklərlə bizim kökümüz bir olsa da, adətlərimiz, ənənələrimizdə fərqlər mövcuddur. Buna baxmayaraq qadınlarımızın fərqli cəmiyyətə adaptasiyası elə də ciddi problemlərlə müşahidə olunmur.

Qadınlarınmızın niyə əcnəbi vətəndaşlarla ailə qurduqlarının gəlincə, birinci səbəb kimi onu deyə bilərəm ki, qadınlarımız əcnəbilərdə qısqanclığın daha az olduğunu, sərbəstliyin daha çox olduğunu düşünürlər. Yəni qadınlarımız öz həyatların daha rahat yaşaya biləcəklərini düşündükləri üçün əcnəbi kişiləri seçir. Bizim mental dəyərlərə görə qadınlar kişiləri öz shəyatlarına daha çox müdaxilə edən gözdə görürlər.

İkinci səbəb isə qadınlarımız başqa ölkə vətəndaşlığı almaq üçün əcnəbi vətəndaşlarla ailə qururlar. Bu evlilik razılaşdırılmış evlilik olur. Yəni tərəflər öz aralarında razılaşırlar və hər hansı şərtlər əsasında evlənirlər. Müəyyən müddətdən sonra qadın həmin ölkənin vətəndaşı olandan sonra boşanma reallaşır.

Lalə Mehralı: “Əcnəbi vətəndaşlar daha çox öz ədət, ənənəsinə sadiq olan, siqaret çəkməyən, araq içməyən, ailə başçısına sadiq qalan, cəmiyyətdən başı çıxan qadınlarla ailə qurmaq istəyir”.

Onu da qeyd edim ki, əcnəbilərlə ailə quran qadınlarımızın çoxu sevgi əsasında ailə qurular. Bizim qadınların ailəcanlı olması əcnəbi kişilərin seçimi üçün üstünlükdür. Əcnəbi vətəndaşlar daha çox öz ədət, ənənəsinə sadiq olan, siqaret çəkməyən, araq içməyən, ailə başçısına sadiq qalan, cəmiyyətdən başı çıxan qadınlarla ailə qurmaq istəyir. Ən çox türk vətəndaşları bu fikirdədirlər ki, azərbaycanlı qızlar ailəcanlıdırlar.

Qadınlarımızın əcnəbi vətəndaşlarla ailə həyatı qurmasında göstərilən statistika təhlükəli deyil. Qadınlarımızın əcnəbi vətəndaşlarla ailə qurmasını bir növ qadınlarımızın dünyaya inteqrasiyası kimi qəbul etmək lazımdır. Qadınlarımız xarici vətəndaşla ailə qurduqdan sonra dünyaya uşaq gətirlər və həmin uşaq da xaricdə təhsil alır, amma onlar əsasən azərbaycanlı kimi böyüyürlər. Bunun isə Azərbaycana hər hansı bir xeyri dəyə bilər.

Qadınlarımızın xarici vətəndaşla ailə qurmasını pis nöqteyi nəzərdən qələmə vermək mümkün deyil. Kişilərimiz çalışmalıdır ki, qadınlarımız ölkədən çıxmasınlar. Qadınlarımızı kişilərimizin mövcud vəziyyəti, psixologiyası, şüuru, təhsili qane etməlidir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar