Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın şahmat millimiz erməniləri məğlub edib, medal qazandı - Yenilənib

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında qadın yığmamız bürünc medal qazanıb...

Millimiz sonuncu turda prinsipial görüşdə Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Günay Məmmədzadə qələbə qazanıb. Digər üç şahmatçımız isə heç-heçə edib. Bu nəticə ilə komandamız 13 xal qazanıb və 27 il sonra Avropa çempionatının bürünc medalını qazanıb. Rusiya Avropa çempionu olub, meydan sahibi Gürcüstan isə qitə birinciliyinin gümüş medalına yiyələnib.

Kişilərin yarışında isə millimiz Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib.

***

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə kişi və qadın milli komandalar arasında Avropa çempionatı bu gün yekunlaşacaq.

Oxu.Az xəbər verir ki, medal şansını dünən tamamilə itirən, doqquz xalla 12-ci olan kişi millimiz bu tur formal əhəmiyyət kəsb edən görüşə çıxacaq.

Millimizin rəqibi turnirin reytinqinə görə 19-cu komandası olan Sloveniyadır. Formal xarakterli görüş olduğundan, bu matçda komandamızın lideri Şəhriyar Məmmədyarov oynamayacaq.

Xatırladaq ki, Şəhriyar keçirdiyi yeddi görüşün hamısında nə qalib gəlib, nə də məğlub olub. Qrossmeysterimiz bütün görüşlərdə heç-heçə edib.

Medal şansları olan qadın millimiz isə bu gün prinsipial görüşə çıxacaq. 12 xalla 3-cü sırada olan millimiz turnirin reytinqinə görə 13-cü komandası Ermənistanla qarşılaşacaq. Ancaq onu da bildirək ki, Ermənistan da 11 xalla 4-cü sıradadır. Bu səbəbdən bu görüşdə qalib gələn tərəf Avropa çempionatının medallarını qazanacaq. Əslində, komandamız bu qələbə sayəsində gümüş medalları da qazana bilər. Amma 2-ci sıradakı Gürcüstanın Gürcüstan-2 komandasına uduzacağı inandırıcı görünmür.

Artıq yığmamızın ermənilərə qarşı heyəti də bəllidir. Günay Məmmədzadə ağ fiqurlarla Lilit Mkrtçyanla qarşılaşacaq. Xanım Balacayeva qara fiqurlarla Elina Danielyanla görüşəcək. Ülviyyə Fətəliyeva ağ fiqurlarla Mariya Qevorqyanı məğlub etməlidir. Hələ məğlubiyyət üzü görməmiş Gülnar Məmmədova isə dördüncü lövhədə qara fiqurlarla Anna Sarqsyanı məğlub etməyə çalışacaq.

Qeyd edək ki, qadın millimiz bir dəfə Avropa çempionatında medal qazanıb. Bu, uzaq 1992-ci ildə Macarıstanın Debretsen şəhərində keçirilən qitə birinciliyində olub. Komandamız onda bürünc medal qazanmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar