Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qadın professor dələduzluğa görə həbs edildi

Azərbaycanda qadın professor dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.

PİA.az oxu.Az-a istinadən xəbər veerir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru İzzət Şamxalova bir neçə nəfərə qarşı dələduzluq etməkdə günahlandırılıb.

İstintaq sənədlərinə əsasən, qadın qulluq mövqeyindən istifadə edib. Belə ki, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib.

Bu məqsədlə həmin insanı aldadıb, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.

Professor 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib.

İstintaq müəyyən edib ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib.

Bu məqsədlə də həmin insana qarşı 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.

Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.

Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum edilib. Qadın məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, professor 2014-cü ildən 2020-ci ildə isə nazirliklərin birində çalışıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Mixeil Saakaşvili: "İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm"

Xalid Niyazov: “Ramiz Mehdiyev elə bilir AMEA buna dədəsindən miras qalıb”

“Rusiya Şərqi Ukraynanı ilhaq edib, “Yeni Rusiya” dövlətini yarada bilər” - Politoloq

Əli Kərimlinin növbəti ifşası Real TV-də Saleh Rüstəmlinin dilindən səsləndirilib - Video

Nonsens: Şirvan Şəhər Ərazi İdarəsinin mühəndisi özü verdiyi “Çıxarış”ı tanımaqdan imtina edir…

Bir neçə gün əvvəl toyu olan cütlük xəstəxanalıq oldu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay