Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın 7 metrlik timsahla 1 saatlıq mübarizədən sağ çıxdı

Hindistanda dəhşət dolu hadisə yaşanıb...

Hindistanın Odişa ştatında daraqlı timsah nahar fasiləsi zamanı qablarını çayda yumağa gəlmiş qadına hücum edib. Bu barədə yerli KİV məlumat yayıb.

Hadisə Bitarkanika milli parkının yaxınlığında Baytarani çayında baş verib. Sacani Malik adlı zərərçəkən iddia edir ki, yırtıcı əvvəlcə ona quyruğu ilə zərbə endirib, sonra isə ayağından tutaraq suya salıb. Qadın yırtıcı ilə mübarizəsini belə xatırlayır:

“Mən bir saat ağacdan yapışaraq həyatımı xilas etməyə və köməyə çağırmağa çalışmışam”.

Qadının nahar fasiləsindən qayıtmadığını görən digər işçilər onu axtarmağa çıxıblar və elə bu vaxt qışqırığını eşidiblər. Timsahı görən işçilər onu taxta parçaları ilə suya salıblar. Sacanini isə tibb məntəqəsinə çatdırıblar.

Qeyd edək ki, daraqlı timsah planetin ən iri yırtıcılarından sayılır. Bu növün erkəklərinin uzunluğu yeddi metrə, çəkisi iki tona çatır.

pia.az


Etiket: Hindistan timsah

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar