Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb

Dövlət Komitəsinin Mətbuat xidməti açıqlama yayıb...

"Özünü internet və sosial media nümayəndəsi kimi təqdim edən bir neçə şəxs yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağında videoçəkilişlər apararaq, burada olan vətəndaşları danışdırıb, onların müraciətlərini qeydə alıblar".

Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu zaman Dövlət Komitəsinin Mətbuat xidmətinin səlahiyyətli nümayəndəsi vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar müvafiq açıqlama verib. Lakin sonradan videoçəkilişlər həmin açıqlamalar olmadan sosial şəbəkələrdə və internet resurslarında yayımlanıb: "Bununla əlaqədar olaraq bildirirk ki, sözügedən tarixdə şikayətçi kimi danışan vətəndaşlardan biri - Ağdam rayonundan məcburi köçkün Şərqiyyə Rəhimova oğlu Anar Rəhimovun Şirvan şəhərində yeni mənzillə təmin olunmaması barədə narazılıq edib. Dövlət Komitəsində aparılmış araşdırma nəticəsində məlum olub ki, Şirvan şəhərində Şərqiyyə Rəhimova məxsus, onun şəxsi mülkiyyətində olan yaşayış sahəsi mövcuddur, oğlu da həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhz bu normativ qayda əsas götürülərək, Anar Rəhimova Şirvan şəhərində yeni inşa olunan məhəllədə mənzil verilməyib.

Bundan başqa, məcburi köçkünlərin videoçəkilişlər zamanı qaldırdıqları digər məsələlərlə bağlı da onlara geniş izahat verilib.

Ölkəmizdəki mətbuat və söz azadlığından sui-istifadə edən internet-media təmsilçilərinin vətəndaşların müraciətlərinə subyektiv yanaşmasından, qərəzsiz və obyektiv araşdırma aparmamasından, Dövlət Komitəsinin açıqlamalarına hazırladıqları videomaterialda yer verməməsində təəssüfləndiyimizi bildirir, onlara media fəaliyyətinin etik normalarına əməl etməyi tövsiyə edirik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar