Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Qaçqınkom” qəzalı vəziyyətə düşən məcburi köçkünlərin binası ilə bağlı tədbir gördü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

"Qaçqınkom"dan daxil olan məlumata görə, məlumatdan dərhal sonra, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onları binanı tərk etmək tövsiyə olunub.

Dövlət Komitəsinin balansında olan boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillə təmin olunub.

Digər ailələrə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.

pia.az


Etiket: "Qaçqınkom"


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

“Qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - Foto

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

ABŞ-da növbəti humanitar atəşkəs elan edildi - Sabah səhər saat 08.00-dan...

loading...

Ən çox oxunanalar