Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçıram, duş qəbul edib, oluram cavan oğlan”

Yaşlı deputatlar “çempionata” hazırlaşır?..

Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” açıqlamasına münasibət bildirib.

PİA.az xəbər verir ki, Abiyev “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur:

“Fiziki hazırlığın yaşla məncə, əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz.

Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan”.

Əməkdaşımızın “Sizcə deputatlarımızın arasında sizdən, Arif müəllimdən başqa idmanla məşğul olan var?”,-sualına Ağacan Abiyev “Bu barədə dəqiq məlumatım yoxdur” deyərək cavab verib.

Qeyd edək ki, A.Rəhimzadə müsahibəsində bildirib ki, yenidən deputat olmaq üçün bütün göstəricilərə sahibdir:

50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram. Dənizdə də üzürəm, amma arabir. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm”.

pia.az


Etiket: Ağacan Abiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar