Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: “Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"

SSRİ paytaxtı Moskvanın adamı olaraq Azərbaycana rəhbərlik etmiş iki mübahisəli, ziddiyyətli şəxs-Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov. Onların hər ikisi hazırda yaşayır - biri 90 yaşını yenicə başa vurdu, o birisinin isə mayın əvvəlində 82 yaşı tamam oldu...

Hər ikisinin hakimiyyət dövrü uzun çəkməsə də, Azərbaycanın qaynar dövrünə təsadüf edir. Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya gedib. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Ayaz Mütəllibov isə 1988-ci ildən Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra - 1990-cı ilin may ayının 18-də Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ prezidenti seçilib. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyur. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan ovaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Lakin mayın 14-də vəzifəsinə qayıdır. Onun qayıdışı cəmi bir gün çəkir. Müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov mayın 15-də yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. 1992-ci ildən 2012-ci ilə qədər Mütəllibov Moskvada yaşamağa məcbur olur. 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.

Həm onun, həm də Ə.Vəzirovun SSRİ paytaxtına bağlılığı olsa da, zaman-zaman müqayisə edilirlər. Hansı daha demokratik, açıq fikirli idi, təkliflərə açıq idi? Müxalifətə münasibətdə hansı daha səmimi idi? Ən nəhayət, hansı daha çox azərbaycançı idi? Bu kimi suallar illər keçsə də səslənir.

Bu barədə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinin Azərbaycan üçün, SSRİ üçün çox keşməkeşli dövr olduğunu xatırlatdı: “Azərbaycanda proseslərin normal məcrada getməsinə mane olan Dağlıq Qarabağdakı separatçı hərəkətlər həm də Azərbaycandakı siyasi proseslər üzərində öz izini qoydu. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olunanda Azərbaycan qaynar qazan kimi qaynayırdı. Vəzirov əslən Qarabağdan olsa da, bir müddət Azərbaycandan ayrı düşmüş, Moskva mühitində böyümüşdü və Azərbaycan gerçəkliklərini bütün çalarları ilə bilmirdi. O, imperiyapərəst, içərisində istiqlalçılıq, millətçilik, müstəqillik ideyaları olmayan bir adam idi. Eyni zamanda müsbət cəhətləri də olan adam idi. Onda demokratiyaya müəyyən meyl var idi, müasir inkişafın aparıcı meyllərini başa düşürdü. Məsələn, o, Azərbaycanda kompüterləşmə məsələsini irəli sürəndə çoxları ağzını büzürdü. Kəndlərdə hamam tikilməsi, zibil qutularının qoyulması kimi məsələləri qaldıranda da onu lağa qoyurdular. Əslində bu cür ideyalar yanlış deyildi. Vəzirovun Azərbaycanda sürət götürmüş milli-azadlıq hərəkatına, onun liderlərinə də münasibəti tolerant idi. O, həmin adamlarla danışıqlara gedirdi, onlarla dil tapmağa çalışırdı. Vəzirovun ən ciddi səhvlərindən biri Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı subyektiv fikirlər söyləməsi, Heydər Əliyevin gördüyü işlərə kölgə salmağa çalışması idi.

Ayaz Mütəllibova gəldikdə, Ayaz Mütəllibov bir çox parametrlərinə görə Vəzirovla müqayisə edilməyəcək həddə fərqli fiqur idi. Mütəllibov Vəzirovdan daha sərt idi, demokratiyaya, milli azadlıq hərəkatına, istiqlala münasibəti daha sərt idi. Ayaz Mütəllibovun Heydər Əliyevə də münasibəti daha sərt idi. Heydər Əliyevin Bakıya gəlişinə, Bakıda yaşamasına faktiki olaraq imkan vermək istəmirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyə, istiqlala qovuşmasını istəyirdi. Onun mövqeyi xalq hərəkatı ilə üst-üstə düşürdü. Mütəllibov isə istiqlal tərəfdarlarına qarşı amansız idi. Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi. O, Azərbaycan xalqı qarşısında prezident seçildiyi zaman üzərinə götürdüyü vəzifələrin bir çoxunu icra etməyi bacarmadı. Onun bir sıra davranışları Qarabağ məsələsində uğursuzluqlarımızın başlanğıcını qoymuşdu. Vəzirov hakimiyyətdə olanda Naxçıvana getmiş və onun istefası tələb olunan mitinqdə çıxış eləmişdi. Mütəllibovun isə Naxçıvanla bağlı münasibəti daha sərt idi. Mütəllibov Naxçıvana getmirdi, əksinə, Naxçıvanın blokadada olmasına seyrçi münasibət bəsləyirdi. Bir sözlə, Vəzirovla Mütəllibovu tərəzinin gözlərinə qoyduqda Vəzirov tərəfinin ağır basdığını deyə bilərik".

pia.az


Etiket: Qabil Hüseynli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar