Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: “ABŞ, Rusiya və Fransanın Qarabağ probleminin həllinə dair razılaşdırılmış bir mövqeləri var” - Müsahibə

Qərbin dörd əsas ölkəsinin Rusiya ilə birlikdə məhz Şuşa səfərindən çəkinmələri müəyyən suallar doğurur...

Politoloq: “Şuşaya səfərdən imtina edən səfirlərin çoxu bu səfərləri sanki özlərinə sığışdırmırlar. Onlar işğaldan azad olunmuş rayonlara səfərə getməyi Azərbaycanın iradəsinə tabe olmaq kimi qiymətləndirirlər”.

“Onların əsas məqsədi ATƏT-in Minsk qrupunu qoruyub saxlamaqdır. İkinci məqsədləri isə Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü daxilində hər hansı bir səlahiyyətin verilməsidir”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Qeyd edək ki, Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşaiyət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, LaçınAğdama səfər edirlər.

Qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və Yerevanla körpüləri yandırmaq istəmirlər.

Xatırladaq ki, Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirlərindən başqa Almaniya və Böyük Britaniyanın da Bakıdakı səfirləri Şuşa səfərində iştirak etməyiblər. Almaniyanın son zamanlar Azərbaycana qarşı qeyri-obyektiv davranışlarını nəzərə alarsaq, Azərbaycana digər ölkələrdən daha çox dostcasına davranan Böyük Britaniyanın Bakıdakı səfirinin səfərdən imtinası anlaşılan deyil. Qeyd edək ki, bu səfirlər bundan əvvəl Cəbrayıla və Ağdama səfər etmişdilər. Qərbin dörd əsas ölkəsinin Rusiya ilə birlikdə məhz Şuşa səfərindən çəkinmələri müəyyən suallar doğurur.

ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa mesajını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Hələ ki, məsələnin qarşıdurma səviyyəsinə qaldırmağa ehtiyac olduğunu güman etmirəm”.

PİA.az politoloq Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Qabil müəllim, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa səfirlərinin və bir neçə digər ölkələrin Şuşaya səfərdən imtina etməsini hansı aspekdə dəyərləndirərdiz və sizcə bu demarş hansı anlama gəlir? Həmsədr ölkələrin səfirlərinin Azərbaycanın beynəlxaq miqyasda tanınan və 30 il işğal altında qalan ərazilələrinə səfər etməkdən imtinasını tərəfsizlik nümayişi kimi qəbul etmək olarmı?

- ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsi o anlama gəlir ki, bu üç ölkə arasında Dağlıq Qarabağ probleminin həllinə dair razılaşdırılmış bir mövqe var. Bu mövqe Dağlıq Qarabağa hər hansı bir statusun verilməsi ilə bağlıdır. Onsuz da, ATƏT-in Minsk qrupu dövründə də bu üç ölkə rasional iş görmürdü. ABŞ, Rusiya və Fransa həmişə işğalçını müdafiə edən mövqelər sərgiləyib.

ABŞ, Rusiya və Fransa tərəfsizlik nümayiş etdirmirlər. Bildiyimiz kimi bölgədə yekun sülhə nail olmaq üçün sülhyaratma prosesi başlamalıdır. Buna görə də onların əsas məqsədi ATƏT-in Minsk qrupunu qoruyub saxlamaqdır. İkinci məqsədləri isə Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü daxilində hər hansı bir muxtar özünü idarəetmə səlahiyyətinin verilməsidir. Onlar ən azından Qarabağ ermənilərinə mədəni muxtariyyətin verilməsini iddia edə bilərlər. Düzdür seperatçıların irəli sürdüyü ideyalar həyata keçən deyil. Sadəcə olaraq ABŞ, Rusiya və Fransa istəyir ki, Dağlıq Qarabağ ermənilərinə beynəlxalq hüquq zəminində mədəni muxtariyyətin əldə olunmasına nail olsunlar.

Amma Azərbaycan prezidenti bu məsələ ilə bağlı çox cəsur tərpəndi və Azərbaycanın iqtisadi rayonlara bölünməsi haqqında fərman imzaladı. Bu fərmanda Qarabağ iqtisadi bölgəsi də yaradıldı. Bu Qarabağ iqtisadi bölgəsinə Qarabağın bütün rayonları, o cümlədən Xankəndi, Şuşa, Xocavənd də bu rayonlara daxildir.

Hazırkı mərhələdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri çalışırlar ki, Bakını yenidən danışıqlar masasına əyləşdirsinlər. Hesab edirəm ki, buna görə də həmsədr ölkələrin səfirləri Şuşaya səfərdən imtina edərək rəsmi Bakıya mesaj verdilər ki, Qarabağla bağlı sülh sazişi müzakirə olumalı və yekun sülh əldə olunmalıdır.

Qabil Hüseynli: “Rusiyanın bu mövqeyi sərgiləməsində əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində dominat rolunu qoruyub saxlamaqdır”.

- ABŞ, Rusiya və Fransanın səfirləri ilə yanaşı Almaniya və Böyük Britaniya səfirləri də Şuşaya səfərdən imtina etdilər. Bu məsələdə dörd Qərb ölkəsinin mövqeyinin Rusiyanın mövqeyilə tam üst-üstə düşməsi nədən xəbər verir?

- Şuşaya səfərdən imtina edən səfirlərin çoxu bu səfərləri sanki özlərinə sığışdırmırlar. Onlar işğaldan azad olunmuş rayonlara səfərə getməyi Azərbaycanın iradəsinə tabe olmaq kimi qiymətləndirirlər. Onların bu addımını Qarabağın həll variantı ilə o qədər də ciddi əlaqəsi olmayan bir addım kimi qiymətləndirmək olar. Lakin yenə də düşünürəm ki, Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin yekun sülhə aparıması ilə bağlı müəyyən fikir birliyi var. Təbii ki, Rusiyanın bu mövqeyi sərgiləməsində əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində dominat rolunu qoruyub saxlamaqdır. Ona görə də Moskva dağlıq Qarabağla bağlı çoxvektorlu siyasət yürüdür. Rusiya istəyir ki, Dağlıq Qarabağdakı hərbi varlığını uzatmaq üçün Qərbdən dəstək alsın.

Lakin Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Dağlıq Qarabağa status verilməyəcək. Yəni bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyi birmənalıdır. Ona görə də səfirlərin işğaldan azad olunmuş rayonlara gedib-getməməsi heç bir əhəmiyyət daşımır. ABŞ-ın, xüsusilə Rusiya və Fransanın Azərbaycana ermənilərə mədəni muxtariyyətin verilməsi ilə bağlı tələbi var. O biri ölkələr isə Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıdıqlarını deyiblər. Rəsmi Bakının isə mövqeyi bəllidir.

- Qabil müəllim, Şuşaya səfərdən imtina edən elçilərin bəzilərinin bundan əvvəl Cəbrayıla və Ağdama səfər etmələri faktı olub. Bəs indi səfirlərin ölkələrinin adından verdiyi Şuşa mesajı nədən ibarətdir?

- Səfirlər ölkələri adından Şuşanın mübahisəli şəhər olduğunu, oraya ermənilərin də qayıtmasının zəruriliyini nəzərə çatdırmaq istədilər. Amma Şuşa Azərbaycanın şəhəridir və orada azərbaycanlılar daha çox yaşayıblar. Amma bir miqdarda ermənilər ya Xankəndində, ya da Ermənistanda yaşayıblar.

Düşünürəm ki, sülh danışıqlarında onlar Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Şuşaya qaytarılmasını da irəli sürəcəklər. Məsələnin bu şəkildə qoyulmasına biz də etiraz etmirik. Sadəcə ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan bayrağı altında yaşamaqdan imtina etməməlidirlər. Bu da bütün beynəlxalq hüquq normalarına uyğundur.

Qabil Hüseynli: “Azərbaycan elə etməlidir ki, bu dövlətlər Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir zaman tərəddüd etməsinlər”.

Amma bir məsələ də var ki, Şuşa Azərbaycanın və bütün türk dünyasının mədəni paytaxtı elan edilib. Ermənilər bu sözdən qıcıqlanaraq Şuşaya getməyə bilərlər. Ümumiyyətlə Türkiyənin və türk Dövlətləri Birliyinin yüksəlişi, Turan ideyası Qərb ölkələri arasında ciddi çaxnaşma yaradıb. Amma yenə də Azərbaycan tərəfinin açıq mövqeyi budur ki, ermənilər Qarabağda ancaq Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra yaşaya bilərlər. Əks təqdirə onlar terrorçu quruma tabe olan insanlar kimi qəbul olunacaqlar.

- Sizcə Şuşaya səfərdən imtina edən ölkələrə qarşı Azərbaycan hansı diplomatik addımlar atmalıdır?

- Hələ ki, məsələnin qarşıdurma səviyyədə qoymağa ehtiyac olduğunu güman etmirəm. Amma Azərbaycan ABŞ, Rusiya və Fransaya bu məsələ ilə bağlı ciddi formada öz etirazını çatdırmalıdır. Azərbaycan elə etməlidir ki, bu dövlətlər Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir zaman tərəddüd etməsinlər. Səfirlər Şuşaya getməyiblər. Amma eyni zamnda bir ağəzdan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını da deyirlər. Şuşa isə Azərbaycanın ayrılmaz parçasıdır. O cümlədən Xankəndi və digər rayonlarda. Buna görə də Azərbaycan diplomatik kanallarla öz etirazını bildirməli və gələcəkdə bu kimi hallar olarsa, lazımı addımlar atacağını da vurğulamalıdır.

Elə bir fürsət düşəcək ki, Azərbaycan da həmin ölkələrin milli maraqlarına aid olan məsələdə bu tərəddüdün əvəzini çıxacaqlar. Lakin hazırkı vəziyyətdə sərt addımlar atmaq gərəkməz. Sadəcə olaraq diplomatik bir xəbərdarlıqla onların nəzərinə çatdırmaq lazımdır ki, bu kimi halların təkrarı Azərbaycan üçün qəbuledilməzdir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar