Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putinlə Zelenski arasında ilk ikitərəfli görüş başlayıb

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb...

“Report” xəbər verir ki, buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar.

Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır.

Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir.

Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Putin Zelenski


loading...

Ən çox oxunanalar