Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putinlə vəliəhd şahzadə arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, Müdafiə naziri Məhəmməd bin Salman arasında telefon danışığı olub...

Azərtac Rusiyanın dövlət başçısının Kremlin.ru saytına istinadla xəbər verir ki, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında V.Putin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlardan narahatlığını ifadə edib, bu insidentin diqqətlə və obyektiv təhqiq edilməsinin zəruriliyini vurğulayıb.

Kremlin məlumatında qeyd olunur ki, Rusiya Prezidenti və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi qlobal neft bazarında olan vəziyyət, OPEK+ formatında razılaşmaların şərtlərinin yerinə yetirilməsi ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər neft bazarında qiymətlərin sabit olması üzrə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Rusiyanın dövlət başçısının Səudiyyə Ərəbistanına qarşıdakı səfinə hazırlıq məsələləri də müzakirə olunub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Putin

loading...

Ən çox oxunanalar