Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Əsədin arasındakı “qara pişik”: Moskva-Dəməşq-Tehran xəttində nə baş verir?

Üç tərəfli iclasın Moskvanın iştirakı olmadan baş tutması və ardınca Şoyqunun Əsədlə görüşməsi, Moskva-Dəməşq-Tehran xəttində gözardı edilməyəcək qədər böyük anlaşmazlıqların olacağına işarə edir

Mehmet Akif Ersoy
“Habertürk” saytı, Türkiyə, 27 mart 2019-cu il

Suriyada yaxın günlərdə Suriya Müdafiə Naziri ilə İranİraq Baş Qərargah rəislərinin iştirak etdiyi zirvə görüşü keçirilib. Hərbi ortaqlıq və Suriyanın şərqindəki Suriya Demokratik Qüvvələrin əleyhinə olan mövqenin vurğulandığı iclasda ən diqqət çəkən detal isə Rusiyanın həmin toplantıda iştirak etməməsi olub. Beləcə, Rusiya Müdafiə Naziri Sergey Şoyqu da bu toplantıdan sonra martın 19-da Dəməşqə gedərək Bəşər Əsədlə görüşüb.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı RusiyaSuriya tərəfindən verilən açıqlamada bildirilib ki, hər iki ölkə arasında siyasi və hərbi iş birliyi, terrorla mübarizə, Rusiyanın Suriyaya dəstəyi və qaçqınların geri qayıtması kimi məsələlər müzakirə olunub. Rusiya Müdafiə Nazirliyi tərəfindən bu səfərlə bağlı yayımlanan açıqlamada isə bildirilib ki, Şoyqu Əsədə Putindən mesaj gətirib.

Putindən Əsədə gələn mesaj nə idi?

Ərəb mediasında yer alan xəbərlərdə vurğulanır ki, Şoyqunun səfərinin Dəməşqdə İranİraq Baş Qərargah rəislərinin iştirakı ilə baş tutan zirvə görüşünün ardınca həyata keçirilməsi xüsusilə diqqəti cəlb edib. Məsələ ilə bağlı rəylərdə deyilib ki, üç tərəfli iclasın Moskvanın iştirakı olmadan baş tutması və ardınca Şoyqunun Əsədlə görüşməsi, Moskva-Dəməşq-Tehran xəttində gözardı edilməyəcək qədər böyük anlaşmazlıqların olacağına işarə edir.

BƏƏ tərəfindən maliyyələşdirilən, mərkəzi London olan “Əl-Ərəb” qəzetində Şoyqunun Dəməşq səfəri ilə bağlı verilən xəbərdə deyilib ki, Putinin Əsədə göndərdiyi mesaj “İran məsələsində xəbərdarlıq” mahiyyəti daşıyırmış. “Əl-Ərəb” iddia edir ki, İranın bölgədə yaradacağı hərbi ittifaqlar təkcə ABŞ-ı deyil, Rusiyanın da maraqlarını təhdid edir. Bundan çəkinən Moskva Dəməşq rəhbərliyinə İdlib və Fıratın şərqində hərəkətə keçməməsi üçün xəbərdarlıq vermək istəyib. Çünki Dəməşqdəki zirvə görüşü təkcə Fıratın şərqinə deyil, həmçinin, İdlibə də fokuslanıb. Buna əsas kimi göstərilən fikir isə belədir: İran və Dəməşq rəhbərliyi Rusiyanın Suriyanın şimalında Türkiyə ilə bağlı mövqeyindən narahatdır.

Yenə Əl-Cəzayir televiziyasının Rusiyanın “Svobodnaya Presa” qəzetinə istinadən verdiyi məlumata görə, Şoyqu Putin tərəfindən Əsədə göndərilən mesaj “İrana qarşı güzəştə gedilməməsi və İranın Suriyadan çəkilməli olduğunu vurğulamaq” mahiyyəti daşıya bilər. Qəzet bununla bağlı belə bir rəy verir ki, İran bölgədə “kiçik qardaş” mövqeyindən narahatdır və Rusiyanın müdaxiləsi olmadan hərəkət etmək istəyir.

Suriyada Rusiya-İran çəkişməsi baş verir?

Ərəb mətbuatındakı rəylərə baxarsaq, görərik ki, Suriyada - eyni cəbhədə olmalarına baxmayaraq - Rusiya-İran çəkişməsi baş verir. Bunun da ən böyük göstəricisi Rusiyanın Suriyadakı İran hərbi bazasından narahat olmasıdır.

Suriyada Rusiyaİranın maraqlarının toqquşması sirr deyil. Lakin əsas məsələ bu toqquşmanın hansı səviyyədə olmasıdır.

Suriya rəhbəri Bəşşər Əsəd keçən fevral ayının sonlarında Tehrana sürpriz səfər etmiş və Rusiyanın bu səfərdən narahat olduğu deyilmişdi. İranın Əsədi Tehranda qonaq edərək yaratmaq istədiyi fikir İranın Xarici İşlər Naziri Cavad Zərifin istefa qərarının belə kölgəsində qalmışdı.

Bu dönəmdə Bəşər Əsədin Putinin Xmeymim aviabazasını ziyarət edərkən çəkilmiş bir fotoşəkli sosial mediada yayılmağa başlayıb. Şəkildə Putin əsgərlərinə xitab edərkən Əsəd bir tərəfdə rus zabitləri ilə birlikdə dayanırdı. Bu şəklin Rusiya tərəfindən Əsədə Moskvadan ayrı hərəkət etməməsi üçün bir xəbərdarlıq kimi təqdim olunduğu düşünülür.

Suriyadakı Rusiyaİran anlaşmazlığına başqa bir örnək də İsrailin Suriyada İranın hədəflərini vurmasıdır.

Hər kəsə məlumdur ki, İsrail İranın hərbi hədəflərinə qarşı hücumlarını Rusiyadan xəbərsiz həyata keçirə bilmir. Suriyanın Rusiyadan aldığı hava müdafiə sistemlərinin İsrailin bu hücumlarının qarşısını almaması da vəziyyəti daha aydın izah edir.

Dəməşqdəki zirvə toplantısına qayıtsaq, İran sərhədinə yaxın duran və Orta Şərqdə ən çox tanınan qəzetlərdən olan “Ray Əl Youm” qəzetinin baş redaktoru Əbdülbari Atvan yazıb ki, bu toplantı YPG-PKK-ya qarşı əməliyyata hazırlıq addımlarından biridir və bu ortaq əməliyyat da ABŞ qüvvələri ilə toqquşma ehtimalını doğura bilər.

Bu baxımdan yanaşsaq, yaxınlaşma və PYD terror təşkilatının nəzarət etdiyi YPG-PKK-ya qarşı əməliyyat hazırlığı Türkiyəyə də aid olan bir məsələdir.

8 ildir davam edən müharibədə ən böyük müttəfiqi Rusiya olan Suriya rejiminin ABŞ-la baş verə biləcək bir toqquşmanı nə dərəcədə gözə ala biləcəyi sual doğurarkən, bunu Rusiyaya rəğmən etməsi də daha güclü bir ehtimaldır. Suriyanın yenə Rusiyanı narahat etməsinə baxmayaraq, İranla get-gedə daha yaxınlaşmasının isə necə açıqlana biləcəyi hələlik sual altındadır.

Orta Şərqdə qarışıq və çətin vəziyyətlər həmişə diqqət çəkir. Eyni cəbhədə yer alanların öz içlərində bu qədər qarışıq münasibətlərə sahib olması da krizisin nə qədər dərin və nəticəsiz olduğunu göstərir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar