Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Putinin “yuxarıdan etdiyi inqilab” onu ömrü boyu hakimiyyətdə saxlayacaqmı?..

Rusiyada sırf bir adamın hakimiyyəti üçün çox ciddi dəyişikliklər edilir...

Oliver Carroll
“The Independent” qəzeti

20 illik hakimiyyəti dövründə öz prezidentlik vəzifəsini çox böyük səlahiyyətlərlə genişləndirən və prezidentlik müddətini 4 ildən 6 ilə qədər uzadan 62 yaşlı Vladimir Putin ötən həftənin çərşənbə günü bildirib ki, prezidentin səlahiyyətləri məhdudlaşdırılmalı və parlament tərəfindən daha geniş səlahiyyətlərə sahib olacaq bir baş nazir seçilməlidir.

Rusiyanın daxili siyasətindəki ən dramatik günlərdən biri 26 sentyabr 2011-ci ildə Dmitri Medvedevin Vladimir Putini prezidentliyə qaytarmaq üçün kənara çəkildiyini elan etdiyi gündür.

Medvedyevin yaxın ətrafını ona davam etməsi üçün təzyiq göstərmişdi. Həmçinin, bildirilmişdi ki, Putin dostunun ikinci dəfə seçiləcəyindən narahatdır. Lakin Medvedev o vaxt baş nazir olan adamla yerləri dəyişdirdi. Bundan sonrakı hadisələr hər kəsə məlumdur.

Dünən Medvedev siyasətdə emosionallığa yer olmadığını öyrəndi və mərkəzi siyasətdən uzaqlaşdırılaraq daha əvvəl mövcud olmamış bir vəzifəyə təyin edildi.

Bir müddət sonra ondan daha dramatik davranan prezident Rusiya konstitusiyasını parçalamağı təklif edib.

Putinin təklif etdiyi dəyişikliklər nəticəsində hakimiyyət balansı prezidentdən parlamentə və məhdud səlahiyyətli federal idarəetmə orqanı olan yeni gücləndirilmiş Dövlət Şurasına keçəcək. Parlamentin aşağı qanadı baş naziri və kabineti seçmək hüququ qazanarkən, üst qanadı da təhlükəsizlik və məhkəmə təyinatlarında öz sözünü deyə biləcək. Eyni zamanda, prezidentə cəmi iki dönəm xidmət etməsi üçün icazə veriləcək. Əvvəllər bu qərar “ardıcıl iki dönəm”lə məhdudlaşırdı.

Digər təkliflər isə prezident seçkilərində kimlərin səs verə biləcəyi və Avropa İnsan Hüquqları Məhkəməsi kimi beynəlxalq məhkəmələrin səlahiyyətləri ilə bağlı yeni məhdudiyyətlər təqdim edir.

Planlar onu göstərir ki, Rusiya qanunlarına uyğun olaraq Putin 2024-cü ildə vəzifəsini tərk etməli olacaq və onun “pensiya” dövrü üçün artıq çoxlu ssenarilər qurulub.

Putin detallarla bağlı çox az izahat verib. Ancaq bir məsələ aydındır ki, hər şey Putinin Rusiya siyasətini əlində saxlaması üçün edilir.

Yerli şərhçilər son 24 saat ərzində öz fikirlərini bölüşərkən Putinin planlarını “zərbə”, “yuxarı inqilabı” və “Sovet İttifaqına qayıtmaq”la müqayisə ediblər. Bir şərhçi hakim partiyanın Kommunist Partiyasına bənzər bit mövqeyə qayıda biləcəyini irəli sürüb.

Rus müxalifəti bu duruma çox təəccüblənməsə də, olduqca qəzəblidir.

Putinin əsas düşməni Aleksey Navalni deyib: “Bu çıxış Putinin 2024-cü ildə gedəcəyini iddia edənlərin ağılsızlığını (və ya saxtakarlığını) göstərdi”.

Putinin əsas məqsədi həyatı boyu lider olaraq qalmaq, bütün ölkəyə sahib olmaq, özü və dostları üçün sərvət toplamaqdır.

Uzun müddətdir hər kəs Medvedev hökümətinə lağ edir və dəfələrlə onların istefa verəcəyini deyiblər. Lakin Medvedevin gediş vaxtının təyin edilməsi Putinin yaxın ətrafındakı bir neçə adamdan başqa hamını təəccübləndirib.

Şübhəsiz ki, keçmiş baş nazir ona qarşı irəli sürülən korrupsiya iddiası ilə bağlı aparılan araşdırmalar nəticəsində ciddi ziyan görmüşdü. Lakin onun hökuməti 5 ildir aşağı düşən real gəlirlərə rəhbərlik edir. Ancaq bu vəziyyətə daha çox Putinin sərt daxili və xarici siyasətinin səbəb olduğunu nəzərə alsaq, bu məsələdə günahkarın Medvedev olmadığını deyə bilərik.

Çoxları inanırdı ki, 2011-ci ildə Medvedevin prezidentə öz sədaqətini nümayiş etdirməsi işini əlində tutmasına kifayət edəcək. Buna görə də, o, Putinin varisi hesab edilirdi. Putinin özünü “axmaq oğlan” yerinə qoyması bu vəziyyəti daha da şübhəli hala gətirib.

Ötən həftədəki gözlənilməz açıqlamaya qədər olan proseslər barədə dəqiq bir məlumatımız yoxdur, lakin ortada böyük bir anlaşılmazlıq var. “Kommersant” qəzetinin yazdığına görə, Medvedev fərqli bir islahat tələb edirdi: hökumət və prezidentlik funksiyalarını ABŞ prezident sisteminin prinsiplərinə uyğun şəkildə birləşdirmək. Müxalifətlə əlaqəsi olduğu deyilən “Novaya qazeta” nəşri isə iddia edir ki, Medvedyev Putinin köklü planlarını kəşf etdikdən sonra sərt reaksiya verib.

Digər sadiq kanallar isə Putinin bu yavaş prosesdən bezdiyini və köhnə dostunu daha konkret bir şəxslə əvəz etmək istədiyini bildirib.

Yeni baş nazir də bu boşluğu ideal şəkildə doldurur. 53 yaşındakı Mixail Mişustin hökumətdən kənarda çox tanınmasa da, islahatçı bir texnokrat kimi uğur qazanıb. Bu, cümə axşamı parlament tərəfindən təsdiqlənib.

Kremlin içindəkilər keçmiş vergi məmurunun Rusiyanın uğursuz vergi xidmətini düzəltmək üçün rəqəmsal texnologiyalardan istifadə edərək uğur qazandığını bildirir. Rus vergi sistemi indi dünyanın ən səmərəli sistemlərindən biri hesab olunur. İqtisadiyyatın durğunlaşdığı bu son 5 ildə Mişustin vergi qazancında 50 faiz artım əldə edərək ciddi uğur qazanıb.

Rəqibləri Mişustinin öz korrupsiya qeydiyyatının çox effektiv olmadığını bildirsə də, onun vergi sistemi ən az korrupsiyalaşmış dövlət qurumlarından biri hesab edilir. Bundan qısa bir müddət əvvəl rus tədqiqat nəşri olan “Proekt” qeyd edib ki, Mişusti Moskva və ətrafındakı önəmli ərazilərdə bir neçə mülkünü gizlətmiş ola bilər. “Proekt” təxminən 16 milyon dəyəri olan bu əmlakların Rusiya hökumətinin qeydiyyatında olduğunu bildirib.

Mişustinin Putinin uzunmüddətli planında rolu olub olmadığını təxmin etmək çətindir. Yeni Baş nazir heç bir hakim qrupla əlaqədə deyil və Rusiyanın qeyri-rəsmi avtoritar sistemində müstəqil rol yaratmaq onun üçün çətin olacaq. Bir çox insan düşünür ki, hələlik varis axtarılarkən Mişustinin rolu müvəqqəti olacaq. Lakin hər şey mümkündür.

Görünən odur ki, Putinin prezidentlikdən keçid prosesi rəsmən başlayıb. Ölkənin vəziyyətindən bəhs etməsi digər sahələrə də bir yenilik gətirib. Parlamentin daha da güclənəcəyini, lakin prezidentin varisinin isə elə də güclü olmayacağını, həmçinin, Belarusla məcburi birləşmə məsələsinin hər zaman mümkünsüz görünsə də, indi tamamilə müzakirədən kənarda qaldığını görə bilərik.

Lakin dövlət başçısı, eyni zamanda, 2024-cü ildən sonrakı vəziyyət üçün bir neçə məsələni cavabsız qoyub: Görəsən, Putin baş nazir postuna, parlament sədri roluna yoxsa yeni gücləndirilmiş Dövlət Şurası rəhbəri vəzifəsinə hazırlaşır?

“Vedomosti” qəzetinin redaktoru Maksim Trudolyubov deyir: “Putinin təklifləri, gözlənilməz olsa da, hələlik qeyri-müəyyəndir. Elə görünür ki, bütün bunlar geniş bir şərh üçün qurulub. Ancaq şübhə yoxdur ki, Putin Rusiyanın lider siması kimi qalmaqda qərarlıdır və öz ssenarisi əsasında siyasi bir keçidə nəzarət etmək istəyir. Uğurlu olub-olmayacağı isə artıq başqa bir məsələdir ”.

Trudolyubovun sözlərinə görə, Putinin 1977-ci illərin ortalarından 1990-cı illərə qədər Çinin de-fakto lideri kimi fəaliyyət göstərən Den Syaopindən və 1959-1990-cı illərdə Sinqapurun ilk baş naziri olmuş Li Kuan Yevdən ilham aldığı görünür. Hər iki şəxs qondarma rollarla öz hökumətlərinə nəzarət etməyə davam ediblər.

Putinin bir digər ilham qaynağı isə Stalin ola bilər: “Onlardan əvvəl sən həmlə et.”

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar