Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin "Valday" konfransından sonra Xankəndinə daha çox yaxınlaşdıq!!!

Rusiya prezidenti Vladimir Putinin "Valday" beynəlxalq diskussiya klubundakı çıxışını hamı səbrsizliklə gözləyirdi.

Danışdı, dünyadakı bütün proseslərə dair Rusiyanın mövqeyini ortaya qoydu.

Dağlıq Qarabağda davam edən müharibənin üzərində də xüsusi dayandı.

Onun "Valday" konfransında dedikləri əsasında öz düşüncələrimi tezislər halında qeyd edib, Facebookdakı hesabımda yayınlamışam.

İstərdim ki, dəyərli Musavat.com oxucularını da onlarla tanış edim.

♦ Putin dünən dünya ermənizmini məyus etdi!

♦ Onların gözlədiyi dəstək olmayacaq! Rusiya bu dəfə ermənilərin əvəzindən vuruşmayacaq! V. Putinin "Valday" çıxışının əsas mesajı bu idi.

♦"Azərbaycanın torpaqlarının bir hissəsi əbədi itirilmiş vəziyyətdə (işğalda) qala bilməz". Bu çox önəmli və apardığımız müharibənin uğuruna təminat verən məqamdır!

♦ "Putin tarix müəllimi deyil, münaqişənin başlanma səbəbləri ilə bağlı tarixi faktları düzgün ifadə etməyə bilər" (Eldar Namazov).

Məncə biz hamımız Rusiya liderinin dünənki açıqlamalarında münaqişənin tarixi ilə bağlı onun dediklərinə bu rakursdan yanaşmalıyıq. Əsas olan dünənə dair dedikləri deyil!

♦ Ümumiyyətlə, xarici amillər bizim Dağlıq Qarabağdakı terrorçu qruplaşmanı və Ermənistana aid silahlı dəstələri neytrallaşdırmağımıza mane olacaq səviyyədə deyil. Bu hal bir fürsət kimi qarşımıza ilk dəfədir çıxıb.

♦ Bu şərtləri yaratmaq üçün Azərbaycan dövləti (konkret halda İlham ƏIiyev) 2008-ci ildən bütün vektorlar üzrə çalışırdı. Vətən müharibəsinin 27-ci günündəyik və xarici amillərin Azərbaycan Ordusunun irəliləməsinə hər hansı maneçiliyi yoxdur!

♦ Xarici amillərin ilk dəfədir ki, bizə böyük fürsətlər yaradan səviyyədə olmasında Türkiyənin, onun lideri R.T. Ərdoğanın da inkaredilməz rolu vardır. Rusiya amilinin bunca dözümlü və loyal olmasının səbəblərindən biri də budur. (Daha detallı yazmaq indiki halda uyğun deyil)

♦ Dünya ermənizmini məyus edən daha bir fakt da Putinin hörmətli Ərdoğan haqqında dediyi xoş sözlərdi! Onun dediklərini bizim xalq dilinə tərcümə etsək, belə bir məzmun alınar: "Ərdoğan kişi adamdı, onunla işləmək olar".

♦ Putin Türkiyənin Rusiya üçün vazkeçilməz önəmini və etibarlı tərəfdaşlığını da vurğuladı. Yəni, bir ovuc erməniyə görə türk və islam aləminin qapısı sayılan Türkiyədən, onunla bərabər başladılan meqaprojelərdən vaz keçməyəcəyini ortaya qoydu...

♦ Putin Minsk Qrupunun formatında dəyişikliklər ola bilər dedi! Türkiyə və Azərbaycan da bunu deyir!

♦ Bir sözlə, apardığımız Vətən müharibəsinə dünənki əhvaldan daha yüksək əhvalla davam edə bilərik! Rusiya bu münaqişədə ilk dəfədir ki, lazım olan qədər obyektiv, loyal mövqe sərgiləyir.

Ermənistan rəhbərliyinin ağlı varsa, Putinin dünənki çıxışından sonra Dağlıq Qarabağda təslimiyyət şərtləri üçün fəaliyyətə keçməlidir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Putinin "Valday" konfransından sonra Xankəndinə daha çox yaxınlaşdıq!!!

Bakı və Kiyev – kimin xalqı və müxalifəti nəylə məşğuldur

Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri”

“Hakimiyyət yeni kursa, açılıma başlayır?“

Ən çox oxunanalar