Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Türkiyədə nəhəng qələbəsi

“S-400” zenit-raket kompleksləri ilə əlaqədar yaranmış vəziyyət üzündən Türkiyə NATO-nu tərk edə bilər ki, bu da Rusiya prezidenti Vladimir Putinin nəhəng qələbəsidir

Almaniyanın “Focus Online” jurnalının eksperti Tomas Yegerin fiikrincə, Vaşinqton bu hadisəyə Türkiyəyə qarşı sanksiya tətbiq etməklə cavab verəcək, rəsmi Ankara isə bunun əvəzində hərbi-siyasi blokdan çıxa bilər.

“Alyans üçün bu, nəhəng geostrateji itki olacaq”, - Yeger yazır.

Professor qeyd edir ki, bu münaqişənin nəticəsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın öz siyasi gələcəyi üçün kimi qarant olaraq görməsindən asılıdır. Lakin Ankara radikal addımlara əl atmasa belə, NATO-ya artıq böyük zərbə endirilib.

Türkiyə ilə bu sövdələşmə sayəsində Rusiyanın dünyadakı nüfuzu sürətlə artmaqda davam edəcək, rusiyalı hərbçilər gizli məlumatları əldə edə biləcəklər. Tomas Yeger belə yazır.

ABŞ Türkiyəyə qarşı sanksiyaları niyə ləngidir?

Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiyalar paketi hazırlanır.

“Bloomberg” xəbər verir ki, Ağ Evdə üç müxtəlif variantda sanksiyalar paketi hazırdır və onlardan birini ABŞ prezidenti Donald Tramp təsdiqləməlidir.

Mənbəyə əsasən, sanksiyaların tətbiqi barədə gələn həftənin sonlarına yaxın elan olunacaq. Buna səbəb iyulun 15-də Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinin qeyd olunmasıdır. Ağ Evdə hesab edirlər ki, sanksiyaların elanının həmin tarixlə üst-üstə düşməsi belə təəssürat yarada bilər ki, ABŞ həmin çevrilişi dəstəkləyir. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar