Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Putinin tapşırığı: Qarabağ üçün FTX önə çıxır

Ermənistanda daxili siyasi mübarizə nə qədər güclü olarsa, regional sülh prosesinin irəliləməsi bir o qədər ləng olacaq. Bunun fonunda Bakı və İrəvan nümayəndələrinin iştirakı ilə danışıqlar aparmaq çətin olacaq. Bu, həmçinin Moskva üçün də müəyyən çətinliklər yaradır.

PİA.az xəbər verir ki, bunu rusiyalı politoloq, iqtisadçı Mixail Neyjmakov üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən deyib.

“Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu işə başlayacaq, hətta müvafiq tədbirlərin siyahısı və qrafikini (birgə bəyanatda deyildiyi kimi) təqdim edəcək, amma Bakı ilə İrəvan arasında qarşılıqlı inamsızlıq bu planların gerçəkləşdirilməsini ləngidəcək. Çox güman ki, bu cür nəqliyyat dəhlizləri üzrə yüklərin və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün sonrakı zəmanətlər üzrə danışıqlar fəallaşacaq, bu təminatların reallaşdırılmasında isə Rusiya strukturları mühüm rol oynayacaq. Təsadüfi deyil ki, üçtərəfli görüşdən öncə Cənubi Qafqazdakı vəziyyətlə bağlı keçirilmiş iclas barədə rəsmi məlumatda ilk söz FTX-nin direktoru Aleksandr Bortnikova verildi. Ola bilsin ki, gələcəkdə nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi zamanı koordinasiya məsələləri çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əlaqələrə toxunulsun”, – o bildirib. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya getdi - Video

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas 

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayev

“Paşinyan Putinin ayaqqabılarını yalayaraq canını qurtardı” - Qabrelyanov

loading...

Ən çox oxunanalar