Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin Paşinyanı xilas etməkdən daha vacib işləri var” – Vitali Arkov

Tofiq Abbasov: “Bakının qarşıdakı seçkilərdə Nikol Paşinyanın qələbə qazanma imkanını çoxaltmaq üçün diversantları geri qaytaracağı istisna deyil”

Prezident Putinlə danışıqlardan sonra, Moskvada Erməni Hüquqşünaslar Birliyinin bir neçə üzvü ilə görüşdə Emənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının rəhbəri ilə əsirlərin geri qaytarılması üçün daha intensiv iş aparmaq üçün razılığa gəldiyini söyləyib. Armenpress-in verdiyi məlumata görə, vəkillərlə görüş zamanı, əsirlərin geri qaytarılması ilə bağlı suala cavab olaraq Baş nazir deyib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın “hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslər və mərhumların cəsədlərinin qaytarılmasını” ehtiva edən 8-ci bəndinin tam yerinə yetirilməsi vacibdir.

Hökumət başçısı əsirlərin geri qaytarılması məsələsində Putinlə tam qarşılıqlı anlaşmanın olduğunu və bu baxımdan bu razılaşmanın tam həyata keçirilməsinə dair mövqelərin üst-üstə düşdüyünü vurğulayıb. Nikol Paşinyana görə, Rusiya Federasiyasının Prezidenti ilə əsirlərin geri qaytarılması ilə bağlı daha intensiv işlərin aparılması barədə razılıq əldə edilib.

Tamamilə aydındır ki, söhbət Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan silahlı təxribatçıların problemindən, erməni tərəfinin inadla “müharibə əsirləri” adlandırmağa davam etdiyi cinayətkarlardan gedir. Rəsmi Bakı bu mövzuda beynəlxalq səviyyədə də daxil olmaqla, dəfələrlə hərtərəfli izahatlar verib.

Bu vəziyyətdə Nikol Putinin bu mövzuda Ermənistanın mövqeyini tamamilə bölüşdüyünü və “əsirlərin geri qaytarılması ilə əlaqədar daha intensiv iş aparılması üçün onunla razılaşma əldə edildiyini” deməklə nəyi ifadə edir? Bu, o deməkdirmi ki, Rusiya Federasiyası Prezidenti bütün təxribatçıları Ermənistana qaytarması üçün Azərbaycan rəhbərliyinə təzyiq göstərməyə başlayacaq? Bu, nə qədər real görünür, yoxsa Nikol bu məsələdə nəyi isə yalan deyir?

AYNA-nın mövzuya dair suallarını tanınmış ekspertlər cavablandırıblar.

Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın seçiciləri qarşısında Baş nazir Nikol Paşinyanın “plintusdan aşağı” düşmüş imicinin bərpası ilə məşğul olmaqdan, onu bir növ xilas etməkdən daha vacib işləri və qayğıları var. Sözügedən Ermənistan vətəndaşları Azərbaycanda edam cəzası ilə təhdid edilmir, lakin rəsmi İrəvan xüsusi təyinatlılarını daha sonra təxribatlar üçün yenidən istifadə etmək naminə istənilən yolla azad etməyə çalışırsa, bu halda rəsmi Bakının istənilən cavab tədbirləri istisna edilə bilməz.

Əlbəttə, onların sərbəst buraxılması məsələsi növbədənkənar parlament seçkiləri və ümumiyyətlə siyasi imici baxımından Paşinyan üçün əsasdır. İnanıram ki, rəsmi İrəvan bu şəxslərin təxribat məqsədi ilə Azərbaycan ərazisinə göndərildiyini (hətta bunu “günah keçiləri” kimi komandirlərin özbaşınalığının ayağına da yazmaq olar) etiraf etsə, onların öz ölkələrinə qayıtma ehtimalı ilə bağlı danışıqlar fərqli bir müstəvidə davam edə bilər. Üstəlik, İrəvanın Bakıya təklif edəcəyi real bir təklif var – məsələn, nəqliyyat dəhlizlərinin formalaşması ilə bağlı real işə başlamaq”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, politoloq Tofiq Abbasov, politoloq:

“Bu “müharibə əsirləri” məsələsi Paşinyanın seçki proqramında əsas arqumentdir, çünki müxalifətdən və ilk növbədə Robert Köçəryandan üstün olmaq üçün onun güclü xallara ehtiyacı olduğunu başa düşürük. Əslində, təxribatçı və terrorçu olan bu məhbusların geri qaytarılması ilə bağlı böyük spekulyasiyalar gedir, lakin heç bir şey Paşinyanın Rusiya Prezidenti ilə danışıqlarda bu məsələdən istifadə edilməsi də daxil olmaqla, problem üzərində işləməsinə mane olmur.

Moskvada, əlbəttə ki, Rusiya və Putinin bu məsələni həll etmək üçün çox səy göstərəcəklərini söyləməklə Paşinyan məsələni şişirdir. Əslində, Putinin bu cür vədlər verməsinə heç bir şey mane olmur. Amma sual budur: Bu cür səylər nə qədər məhsuldar olacaq?

Bu məsələdə rəsmi Bakıya, Prezident Əliyevə qarşı hər hansı bir təzyiq heç bir nəticə verməyəcək. Çünki hərbi əsirlərdən bəhs etmədiyimiz bəllidir. Ona görə də Azərbaycan tərəfinə təzyiq tərs mütənasib təsir göstərə bilər.

Məlumdur ki, bu həbs olunan hərbçilərin valideynləri bir neçə gündür Müdafiə Nazirliyinə, dövlət məmurlarına qarşı hücumlarını davam etdirir, bu insanların gələcək taleyi ilə bağlı əminlik tələb edirlər. Təbii ki, müxalifətin də dividend əldə etmək üçün bu aksiyalarda əli var.

Mənə elə gəlir ki, Ermənistanda parlament seçkiləri keçiriləcəyi tarixə - ən azı 20 iyuna qədər bu məsələ həll olunmayacaq. Ölkənin başçısının kim olacağı bəlli olduqda, sual konkret bir müstəviyə gətirilə bilər. Niyə? Çünki onsuz da bu yeni hakmiyyət Üçtərəfli Bəyanatın və 11 yanvar 2021-ci il sənədinin imzaladığı bütün məqamların icrası üçün məsuliyyət daşıyacaq.

Seçkilərdən sonra əllərindəki silahlarla tutulan bu məhbuslarla necə davranacağımızdan əhəmiyyətli dərəcədə danışmaq mümkün olacaq. Azərbaycanın burada tələb edəcəyi bir şey var. Rusiya da Zəngəzur dəhlizinin istifadəsində maraqlıdır. Bu, baş verərsə, Bakı xoşməramlı bir addım olaraq, bu insanları Ermənistana qaytara bilər. Güc və diktat mövqeyi ilə danışmaqla Azərbaycandan heç nə əldə oluna bilməz.

Ancaq Bakının qarşıdakı seçkilərdə Nikol Paşinyanın qələbə qazanma imkanını çoxaltmaq üçün bu təxribatçıları geri qaytararaq, Paşinyana birtərəfli qaydada kart-blanş verəcəyi variantını da istisna etmirəm. Niyə? Çünki Ermənistana rəhbərlik etmək arzusunu ifadə edən şəxslərin panoramasında ən məqbul və çevik fiqur kimi görünən Paşinyandır. Üstəlik, dəfələrlə erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə barışığa hazırlamaq planlarını açıqladı. Bu, o deməkdir ki, İrəvan onun rəhbərliyi altında qonşularına olan bütün ərazi iddialarından rəsmən imtina edəcək, Azərbaycanın Qarabağın bütün hissəsinə haqqını tanıyacaq və bayrağımız Xankəndidə dalğalanacaq.

Bu addım millətçi “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlməsinin qarşısını almaq və Robert Köçəryanın bütün siyasi reabilitasiya ümidlərini alt-üst etmək üçün atıla bilər”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar