Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Nazarbayevə çılğın qəzəbi nədən doğub?..

Kreml Nazarbayevin bütün izlərini Qazaxıstandan silməklə nəyə nail olmaq istəyir?..

Politoloq: “Nazarbayev artıq keçmiş mərhələdir və Kreml üçün başlıca vəzifə Qazaxıstanda siyasə idarəetmə sistemində yeni dizayna nail olmaqdır”.

“Kremldə yaxşı başa düşürdülər ki, əgər Qazaxıstan təcili nəzarətə götürülməzsə, bir neçə ildən sonra bu xüsusi geosiyasi əhəmiyyətli ölkəni tamamilə itirəcək. Hesab edirəm ki, məhz buna görə Qazaxıstanda baş verən sosial etirazlar başqa istiqamətə yönləndirildi və Rusiyadan yaranmış vəziyyətdən tam olaraq yararlandı”.

Bu sözləri politoloq Zaur İbrahimli Kremlin Nazarbayevin bütün izlərini Qazaxıstandan silmək cəhdinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq aləm və ətraf ölkələr Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev haqqında günlərdir məlumat əldə etməyə çalışırdı. Müxtəlif versiyalar səslənirdi, xarici qaçıb, evindədir, xəstədir, ev həbsindədir və s. Hətta bir çoxları Elbasının doğma kəndinə gedərək onun məzarını belə tapmağa çalışdılar. Rusiya Liberal Demokrat Partiyasının Kremlə bağlı lideri Vladimir Jirinovski “Nazarbayev ölüb və onu çoxdan torpağa tapşırıblar”, sərsəmləməsindən sonra Qazaxıstanın hazırki prezidenti Tokayev sələfini gün üzünə çıxarmağa qərar verdi.

Dünən Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev xalqa videomüraciət etdi. Müraciətdə Nazarbayev bildirdi ki, Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas isə Belarus televiziya kanallarından birinə müsahibəsi zamanı deyib ki, yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcək. KTMT qüvvələrin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınlığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir.

Aydın məsələdir ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini Kremlin tapşırığı ilə silir.

Bəs Kreml Nazarbayevin bütün izlərini Qazaxıstandan silməklə nəyə nail olmaq istəyir? Kremlin əsas məqsədi nədir və Putinin Nazarbayevə çılğın qəzəbi nədən doğub?

Mövzunu PİA.az-ın əməkdaşı politolq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiya təcrübəsinin təhili deməyə əsas verir ki, Kreml təhlükəsizlik qüvvələri və idarərtmə sistemində əsas qərarverici səlahiyyətə malik vəzifələrə Moskvanın etibarlı hesab etdiyi şəxslərin təyin olunmasına nail olacaq”.

Nazarbayevin xeyli dərəcədə müstəqli siyasət yürürütdüyünü və son illər qazax və türk millətçiliyinin Qazaxıstanda məhz onun rəhbərliyi ilə gücləndiyini vurğulayan politoloq bildirib ki, Elbası bunun üçün imkanlar saxlaya bilmişdi. Tokayev üçün isə bu çox çətin olacaq:

“Hazırda Qazaxıstanda siyasi elita daxilində hazırkı prezident Qasım-Jomart Tokayevin komandasının möhkəmləndirilməsi prosesinə start verilib. Bu proses bütün idarəetmə şaqülisini əhatə edəcək və güman edirəm ki, Qasım-Jomart Tokayev bu işi intensiv aparmağa çalışacaq. Çünki Moskva bunda çox maraqlıdır. Artıq bu dəyişikliklər üçün ideoloji iş aparılır və əhalinin güzəranı ilə bağlı problemlərə görə köhnə komanda və bu komandanın dəstəklədiyi oliqarxlar günahlandırılır.

Həmçinin, Qasım-Jomart Tokayev sosial islahatlar paketi sürüb və insanlara birbaşa maliyyə yardımı tədbiləri hazırlanır. Bu siyasi dəyişikliklərin social bazasının hazırlanması prosesidir. Proses yalnız məmurlar deyil, iş adamları, iri biznes subyektləri səviyyəsində də gedəcək və faktiki olaraq iqtisadiyyata nəzarət məsələlərinin yenidən bölgüsü baş verəcək. Rusiya bu proseslərdə prezident Tokayevə dəstək verir. Çünki məhz Kremlin dəstəyi ilə hazırkı dövlət başçısının hakimiyyətini qorumaq mümkün oldu.

Zaur İbrahimli: “Ciddi risklərdən qaçmaq üçün ilk mərhələdə elita daxilində müəyyən məsələlərlə bağlı consensus əldə olunması da Kreml üçün vacibdir”.

Rusiya təcrübəsinin təhili deməyə əsas verir ki, Kreml təhlükəsizlik qüvvələri və idarərtmə sistemində əsas qərarverici səlahiyyətə malik vəzifələrə Moskvanın etibarlı hesab etdiyi şəxslərin təyin olunmasına nail olacaq. Həmçinin, iqtisadiyyata nəzarətlə bağlı Rusiyanın maraqlarının təmin olunmasına çalışılacaq.

Nazarbayev artıq keçmiş mərhələdir və Kreml üçün başlıca vəzifə Qazaxıstanda siyasə idarəetmə sistemində yeni dizayna nail olmaqdır.

Nazarbayev xeyli dərəcədə müstəqli siyasət yürüdürdü. Son illər qazax və türk millətçiliyinin Qazaxıstanda məhz onun rəhbərliyi ilə gücləndirilmişdi. Çünki Nazarbayev 30 il müddətində Qazaxıstanı idarə edən bir şəxs kimi təhlükənin məhz şimalda yerləşdiyini bilirdi. Bu təhlükəni önləmək məqsədi ilə o, illər boyu çoxlu manevrlər etmişdi və hakimiyyəti təhvil verərkən tamamilə internasional olan Qazaxıstanda milli dövlət qurmağı başarmışdı. Bunun üçün imkanlar saxlaya bilmişdi. Rusiya da bunu çox yaxşı görür və bilirdi. Kremldə yaxşı başa düşürdülər ki, əgər Qazaxıstan təcili nəzarətə götürülməzsə, bir neçə ildən sonra bu xüsusi geosiyasi əhəmiyyətli ölkəni tamamilə itirəcək. Hesab edirəm ki, məhz buna görə Qazaxıstanda baş verən sosial etirazlar başqa istiqamətə yönləndirildi və Rusiyadan yaranmış vəziyyətdən tam olaraq yararlandı.

Zaur İbrahimli: “Qazaxıstanda bu günlərdə baş verən hadisələrin hansı nəticələr doğuracağını ancaq bir neçə ildən sonra görə biləcəyik”.

Tokayev üçün isə bundan sonra çox çətin olacaq. Əlbətdə ki, ciddi risklərdən qaçmaq üçün ilk mərhələdə elita daxilində müəyyən məsələlərlə bağlı consensus əldə olunması da Kreml üçün vacibdir. Həmçinin yüksəliş dövrünü yaşayan qazax millətçiliyi də istər Tokayev, istərsə də Kreml tərəfindən nəzərə alınmalıdır. Bu balans və konsesus yaradılmazsa, onda bir neçə ildən sonra Qazaxıstanda nələrin baş verəcəyini proqnoz etmək çox çətindir. Qazaxıstanda basdırılan millətçilik bütün Orta Asiyda radikal partlayışa səbəb ola bilər ki, bu da Rusiya üçün yaxşı heç nə vəd eləmir. Ona görə də ilk növbədə Nazrbayevçilik hədəf götürülür və bütün olanlara görə “günah keçis”i Nazarbayev və ailəsi seçilib.

Bütün hallarda Nazarbayev klanı əvəlki təsir imkanlarını saxlaya bilməyəcək və yalnız Moskva ilə əməkdaşlıq edən kiçik bir qrup klan üzvü toxunulmaz statsu ala biləcək ki, onlar da yüksələn millətçilik dalğasını yatızdırmaq üçün istifadə olunacaqlar. Ümumilikdə isə Qazaxıstanda bu günlərdə baş verən hadisələrin hansı nəticələr doğuracağını ancaq bir neçə ildən sonra görə biləcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar