Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin limuzini” kimi tanınan “Aurus Senat” Azərbaycana necə gəlib çıxıb?!...

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat” limuzinin nümunələrindən biri Bakı küçələrində görünüb...

Avtomobilin fotosu  carsinbaku_official İnstagram səhifəsində yerləşdirilib, həmin fotoya bir çox Rusiya saytları diqqət yetiriblər.

Fotoya əsasən “Aurus SenatAzərbaycan dövlət nömrə nişanı (90 MC 002) daşıyır. Rusiya saytları qeyd edirlər ki, avtomobilin Azərbaycana necə gedib çıxdığı məlum deyil, çünki “Aurus Senat”ı fərdi müştərilərə hələ satmırlar və ancaq gələn il sifarişlər qəbul olunacaq.

avtonovostidnya.ru portalı ehtimal edir ki, ola bilsin avtomobil Rusiyanın Bakıdakı səfirliyinə məxsusdur. Digər mümkün variant isə avtomobilin qızmar iqlim və dağlıq ərazilərdə sınaqdan keçirilmək üçün Azərbaycana göndərilməsidir.

“Aurus” MMC şirkətinin rəhbəri Adil Şirinov bildirib ki, “Aurus Senat” modelinin seriya istehsalını ancaq 2020-ci ilin noyabrında başlamaq planlaşdırılır. Avtomobil “Ford Sollers” birgə müəssisəsinin Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavodunda yığılacaq.

“Bu il ərzində biz pilot partiyanın yığımını planlaşdırırıq-noyabrın sonlarında ilk kuzovu qaynaq edəcəyik. Və 2021-ci ilin mayında ilk sifarişləri təhvil verəcəyik”,-Adil Şirinov “Kommersant”a bir müddət əvvəl verdiyi açıqlamada bildirib. Avtomobilin kuzovu, mühərriki və transmissiyası Rusiyanın öz istehsalıdır, hərçənd avtomobilin yığılmasında xarici detallardan da istifadə olunur.

Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və “Putinin limuzini” kimi tanınır.  Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli  “Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir. (Virtualaz.org)

pia.az


Etiket: Aurus Senat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar