Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin KQB-dəki tələbə yoldaşından koronavirusla bağlı şok açıqlama – 19 oktyabr 2019-da Uxanda nə baş verib?

“KQB” məkətbini bitirən Yuri Şvets virusu Çinə rus hərbi idmançılarının yaydığını iddia edir...

Aprelin 5-də Ukraynanın “gordonua.com” saytı keçmiş sovet kəşfiyyatçısı və Rusiya Prezidenti Vladimir Putinin “KQB” institutundakı tələbə yoldaşı olmuş Yuri Şvetsin adından koronavirusla bağlı sensasiyalı məlumat yayıb.

AzToday.az xəbər verir ki, 25 ildən çox ABŞ-da yaşayan və biznes kəşfiyyatı üzrə təhlilçi olmuş Yuri Şvets müsahibəsində deyib ki, 16 sentyabr 2019-cu il tarixində, hələ heç kim koronavirus haqqında eşitmədiyi zaman “AST-54” Novosibirsk təxliyə xidməti “Vektor” adlı xüsusi obyektdə genişhəcmli partlayış nəticəsində yanğın baş verdiyini bildirib:

“Fövqəladə hal baş verən “Vektor”un yerləşdiyi Koltsovo şəhərinin başçısı bioloji təhlükənin olmadığını və vəziyyətin nəzarət altında olduğunu söyləyib. Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə idarəsinin mətbuat xidməti bildirib ki, obyektdə rəngləmə işlərinə hazırlaşarkən “hava qarışığından qaz partlayışı” baş verib. Partlayışın əsl səbəbləri və şərtləri, eləcə də onun nəticələri barədə bütün məlumatlar dərhal məxfiləşdirilib. Bu barədə yerli NQS infromasiya portalının müxbirinə Koltsovodakı 3 saylı yanğınsöndürmə məntəqəsindən məlumat verilib”.

Bundan sonra Y.Şvets keçən ilin sentyabrında dünyada heç kimin eşitmədiyi “Vektor”un COVID-19-la əlaqəli olmasını Rusiya Federasiyası Müdafiə Nazirliyinin bioloji müdafiə şöbəsinin müdiri Valentin Yevstiqneyevin 1999-cu ildə Rusiya Federasiyasında yaydığı məlumatlara əsaslanaraq izah edib.

V.Yevstiqneyevin açıqlamasından aydın olub ki, 1980-ci illərin sonlarında “Vektor” “biloloji hücum preparatları”nın emalı və sənaye istehsalı üçün mərkəz olub.

Bunun ardınca Y. Şvets hadisələrin xronologiyasını xatırlatmağı təklif edib: “Beləliklə, 16 sentyabr 2019-cu ildə “Vektor”da bir partlayış baş verdi. Oktyabrın 19-da Rusiya Federasiyasından olan hərbi komanda Uxanda keçirilən Ümumdünya Hərbi Oyunlarında uğurla çıxış etdi. Uxanda keçirilən oyunlarda Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri də var idi. Dekabr ayında Uxanda sətəlcəm xəstələrinin sayı “partlayış” xarakteri aldı. Yəni, virus noyabrdan etibarən orada yayılmağa başladı. Məni maraqlandıran əsas sual budur: COVID-19-u Rusiyadan Uxana təsadüfən, yoxsa qəsdən gətiriblər? ”.

“Vektor”dakı partlayışdan sonra qəzanı lokallaşdırmaq üçün genişmiqyaslı tədbirlərin görülməsi onların bütün bəşəriyyət üçün potensial təhlükəyə çevrildiyini etiraf etmək deməkdir. Bütün bunlardan sonra COVID-19 sızması Çernobıldan daha böyük və daha dəhşətli bir fəlakətdir. Buna görə V.Putin dünya qarşısında məsuliyyət daşımaqdan çəkinmək, buna görə də virusu Uxana gətirmək və oxları Çinə çevirmək qərarına gəlib.

Putinin tələbə yoldaşı başqa bir versiyanı istisna etmir: Rusiya xüsusi xidmət orqanları koronavirusu Uxana gətirməklə, V.Putini vəhşilikdə ittiham edərək vəzifədən kənarlaşdırmaqla onun “varisləri” üçün şans yaratmaq da ola bilər.

Y.Şvetsin sözlərinə grə, COVID-19-un süni təbiəti ilə əlaqəli nəticəyə 2020-ci ilin yanvar ayında “Vektor”un koronavirusa qarşı iki peyvənd hazırladığını elan etməsi ilə gəlmək olar. Mart ayına qədər bu mərkəz Rusiyada koronavirus üçün rəsmi testlər apara bilən yeganə mərkəz idi. Sonda onu qeyd etmək vacibdir ki, Putinin “KQB” institutundakı tələbə yoldaşı bütün bütün iddiaları faktlarla və rəsmi mediaya istinadlarla müşayiət edir.

Onu da xatırlatmaq lazımdır ki, SARS-CoV-2 laboratoriya mənşəli olması və buna əsaslanan nəzəriyyələr pandemiyanın lap əvvəlində ortaya çıxıb. Maraqlısı odur ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, həmin dövrdən Rusiya ilə əlaqəli minlərlə hesabın adından sosial şəbəkələrdə “koronavirusun bioloji bir silah olduğunu və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən Çin ilə iqtisadi müharibə aparmaq üçün yaradıldığını” iddia edən eyni mesajlar yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar