Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin illik ismarışları...


Hüseybala Səlimov


Mənə hər şeydən çox bir məsələ təsir etdi. Bir tərəfdən bütün ruslar deyirlər ki, guya ölkələri çoxmillətli, müxtəlif etiqadlı ölkədir. Amma buna baxmayaraq, Putin “Yəqin bunu Allah bilir...” sözlərini elə dedi ki, bütün zal güldü. Bax, bunu onlara bağışlamaq olmaz...

Bəlkə də elə ondan başlamaq daha düzgün olardı ki, kinorejissor Eldar Ryazanovla vida mərasimində Vladimir Putin görünmədi. Mən bu detala toxunmazdım, əgər çox  kiçik bir ştrix olmasaydı – E.Ryazanov Rusiyanın Ukraynada apardığı siyasəti və xüsusən də Krımın ilhaq edilməsini kəskin şəkildə tənqid edirdi...

Təbii ki, belələri Putinin xoşuna gəlməz. Onu xoşlayanların, siyasətinə dəstək verənlərin hamısı o gün Kremlin Georgi zalına toplaşmışdı. Burada Putin özünün parlamentə illik ismarışını etdi. Mən elə bu məsələnin də üzərində dayanmazdım. Əgər yenə də bəzi detallar olmasaydı...

Mənə hər şeydən çox bir məsələ təsir etdi. Bir tərəfdən bütün ruslar deyirlər ki, guya ölkələri çoxmillətli, müxtəlif etiqadlı ölkədir. Amma buna baxmayaraq, Putin “Yəqin bunu Allah bilir...” sözlərini elə dedi ki, bütün zal güldü. Bax, bunu onlara bağışlamaq olmaz...

Həm də dedilər ki, yəqin Allah Türkiyəni cəzalandırmaq istəyir. Bununla bağlı nə demək olardı? Demək lazımdır ki, hələ bilmək olmaz Allah kimi və necə cəzalandırmaq istəyir. Qədim yunanlar deyirdi ki, Allahlar insanları əgər cəzalandırmaq istəyirlərsə, birinci növbədə onların ağlını əlindən alırlar...

Olsun. Amma bir daha deyirik ki, hələ məlum deyil ki, kimin ağlı əlindən alınacaq və kimlər cəzalandırılacaq. Bəli, eyni sözləri elə Rusiya və onun hakimiyyətilə bağlı da demək mümkündür...

Bəli, bu gün əksəriyyət Putinə əl çalır. Heç kim də fərqində deyil ki, bununla ölkənin cəhənnəmə doğru istiqamət götürməsini alqışlayırlar. Bizim və türkiyəlilərin elə bir ambisiyası yoxdur – öz torpaqlarımız, öz ölkəmiz bizə kifayətdir. Amma ruslar torpaqdan doymurlar. Bəlkə də Allah bunlar üçün ayrı bir planet yaratsaydı, bu, daha yaxşı olardı...

O ki qaldı Türkiyəyə və onun hakimiyyətinə, demirik ki, onların səhvi yoxdur. 
Amma əvvəlcə bir detalı qeyd edək. Bir-iki il bundan əvvəl Putin müsahibələrinin birində dedi ki, Rəcəb Tayyib Ərdoğan əsl kişidir!.. Bəli, elə belə də, bu cür də dedi – nə artırmırıq, nə də əskiltmirik...

Səhvlərə gəldikdə isə məni bir məqam düşündürür. İndiki baş nazir-Əhməd Davudoğlu siyasətə “Qonşularla sıfır problem!” konsepsiyası ilə gəlmişdi və biz də bunu çox məntiqli hesab etmişdik. Amma az sonra Türkiyənin qonşularla silsilə problemləri başladı. Bax, 

Ə.Davudoğlu bu haqda düşünməli idi. Əvvəlcə İsraillə böyük problem yaşandı, indi də Rusiya növbədədir...

Ötən yazılarda da yazmışdıq ki, paraşütlə enən təyyarəçilərə atəş açmaq lazım deyildi, çünki hətta müharibənin də qanunları var...

İndi, necə deyərlər, oldu və keçdi... Amma Rusiyanın Türkiyəyə çox əsrlik nifrəti var. Türkiyə bəlkə də Rusiyanın ən çox müharibə apardığı qonşusudur. Həm də Rusiya türklərə çox əsrlik monqol-tatar yürüşlərini və ən başlıcası isə, Bizans məsələsini bağışlaya bilmir...

Bəli, V.Putin Türkiyəyə səfər edən ilk rusiyalı dövlət başçısı olmuşdu. Biz bunu iki ölkənin münasibətlərində yeni səhifə kimi yozmuşduq. Elə Türkiyə də bu jesti cavabsız qoymadı. Rusiyaya qarşı sanksyalar tətbiq olunanda Türkiyə buna dəstək verməmişdi. Amma indi nə baş verir? Rusiya Türkiyəyə qarşı sanksiya tətbiq edir...

Parlamentə illik ismarışında V.Putin dedi ki, Türkiyə Rusiyanın tikinti sektorundakı çəkisini itirməklə, pomidorla canını qurtara bilməyəcək. Olsun. 

Amma daha nə olacaq? Güman edirik ki, Rusiya Türkiyənin bölgədəki rolu ilə bağlı BMT tribunasından istifadə etməyə cəhd edəcək – guya ki, ruslar Türkiyənin İŞİD-lə neft ticarətini sübut edən faktlara malikdirlər. Rusiyalı müxbir ABŞ dövlət departamentindəki mətbuat konfransı zamanı çox çalışdı ki, departamentin sözçüsündən bu xüsusda nəsə qoparsın. Amma alınmadı. ABŞ sözçüsü Türkiyəyə qarşı yönələn bu ittihamları qətiyyətlə rədd etdi...

Rusiya bununla kifayətlənməsə və məsələni BMT-yə qarşı yönəltməyə cəhd etsə, yenə də həmin şey alınacaq- ruslar heç nəyə nail ola bilməyəcəklər...

Təbii ki, çox yaxşı olardı ki, bu iki ölkə - Rusiya ilə Türkiyə arasında normal bir atmosfer bərqərar olsun və normal münasibətlər qurulsun...

Amma bu, həm də Rusiyadan asılıdır. Bəli, pilotlardan birinin vurulmasına görə Türkiyə üzrxahlıq edə bilər və düşünürük ki, etməlidirlər də, hərçənd ki, bu məsələnin günahı türkiyəli silahlılarda deyil, türkmən silahlılarındadır... Amma onlar da türkdür və Türkiyənin bütün türklərin adından danışmaq üçün haqqı var...

Amma Rusiya da israr etməməlidir. Ən azı ona görə ki, Rusiyanın da yaxın və uzaq tarixində üzrxahlıq etmək üçün kifayət qədər predmet var. Sürgün olunmuş axıska və Krım türkləri, düz iki əsr ərzində Azərbaycan torpaqlarının başına gətirilən oyunlar... Bunların da cavabını sormaq olar. Kim verəcək bunların və hələ bu gün də davam edən digər cinayətlərin cavabını?.. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar