Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin fəndi baş tutdu və...” - Politoloq

PİA.az politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, hazırda dünyanın bir nömrəli diqqət mərkəzinə çevrilən Ukrayna prosesində sanki son mərhələ yaşanır. Siz, Şərqi Avropanın qapısı sayılan Ukraynadakı son vəziyyəti necə xarakterizə edirsiniz?

- Əvvəla onu qeyd edək ki, Ukrayna ətrafında yaranan durumun iki əsas səbəbini göstərmək olar.

Birincisi, 2014-cü ilin martında Rusiya tərəfindən Ukrayna ərazisinə təcavüz faktıdır. Bunun nəticəsində Krım yarımadası Rusiya tərəfindən əvvəlcə işğal, sonra ilhaq edilib.

İkincisi, Donets və Luqanskidə separatçı rejimlər yaradılıb və Rusiya tərəfindən dəstəklənən bu separatçı qüvvələr hazırda Ukrayna dövlətinin nəzarətindən kənarda dayanıb.

Təbii ki, Ukrayna dövləti beynəlxalq hüquqa uyğun olaraq özünün ərazi bütövlüyünü təmin etməyə çalışır və bununla bağlı müəyyən addımlar atmağa çalışır, bu istiqamətdə müəyyən planlar qurur. Ancaq mən düşünmürəm ki, Ukrayna bu addımlarını belə tezliklə atmağa cəhd edəcək. Ukraynada 2014-cü il hakimiyyət dəyişikliyindən sonra Kiyev öz ordusunda və təhlükəsizlik sistemində kifayət qədər ciddi islahatlar aparıb. Ukrayna ordusu 2014-cü illə müqayisədə dəfələrlə güclənib, müasir orduya çevrilir. Ukrayna ordusunun müasir silahlarla təminatında xeyli addımlar atılıb. Yəni ordu qərb silahları ilə təmin edilir. Məsələn, Amerikadan alınan tank əleyhinə “Javelin” sistemləri, eləcədə Türkiyədən 2019-cu ilin sonlarından alınan Bayraqdar TB2 model zərbə dronları. Yəni ordunun təchizatında və silahlanmasında xeyli dəyişikliklər var. Amma mənim düşüncələriə görə, hazırda proseslərin gərginləşdirilməsində Rusiya tərəfi maraqlı idi. Yəni Rusiya prosesləri gərginləşdirib müəyyən məqsədlərinə çatmaq istəyirdi.

- Siz Rusiyanın hansı məqsədlərini nəzərdə tutursunuz?

- Bildiyiniz kimi ABŞ-da hakimiyyət dəyişikliyindən sonra yeni prezident Bayden hakimiyyətə gəldi və onun həm seçki dövründə, həm 2014-cü ildə Ukrayna məsələsində rolu, həm də prezidentliyə başladıqdan sonra verdiyi açıqlamalar, Rusiya Prezidenti Vladimir Putini qatil adlandırması təsadüfi addımlar deyildi. Əlbəttə, Rusiyada ABŞ tərəfindən ona edilən təzyiqlərin qarşısında dayanmağa çalışır. Eyni zamanda Bayden administrasiyası Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üçün işlər aparırdı. Xeyli sayda Rusiya şirkətləri iş adamları və dövlət rəsmiləri bu sanksiyaların təsiri altına düşürdü. Belə bir məqamda Rusiya özünün ənənəvi metodlarına əl atmağa və ABŞ-ın bu məsələlərdə nə dərəcədə ciddi olduğunu sınamaq istədi. Bayden hakimiyyətindən əvvəl demokratlar Obama timsalında hakimiyyətdə idi. O zaman da Vaşinqton-Moskva münasibətləri kifayət qədər gərgin idi. Sadəcə Obama Rusiya əleyhinə sərt bəyanatlar verirdi, amma bunun arxasında ciddi fəaliyyət dayanmırdı. Donald Tramp dövrü isə Rusiya-Amerika arasında müəyyən qədər münasibətlərin səngiməsi müşahidə olunurdu. Tramp Rusiya haqqında aqressiv fikirlər səslənmirdi. Baydenin sərt ritorikasından sonra Moskva test etmək istədi və Ukrayna sərhədlərinə 80 mindən çox canlı qüvvə, yüzlərlə tank və zirehli texnika gətirdi. Hətta Rusiya Sibir, Altay və Çin sərhədlərindəki hərbi birləşmələrinin balansında olan texnikanın bir hissəsini Ukrayna sərhədlərinə gətirdi. Bununla da göstərmək istədi ki, Ukrayna tərəfindən Donbasa qarşı addım atılacaqsa, Rusiya buna etinadsız qalmayacaq və sərt reaksiya verəcək. Bunu da bir neçə amillə əsaslandırdılar. O cümlədən separatçı bölgələrdə Rusiya vətəndaşlığı posportu alan 650 min şəxsin guya “hüquqlarını” qorumaq adı altında edəcəklər. Amma bu prosesin dərin qatında Moskvanın Ukrayna ilə planları tamamilə fərqlidir.

- Söhbət hansı planlardan gedir?

- Əslində Rusiya bu planların bir hissəsini 2014-cü ildə həyata keçirdi. Krım işğal edildi, amma Krımla Rusiyanın birbaşa əlaqəsi olmadığından Rusiya məcbur olub Azov dənizi üzərindən Krımı Krasnadar vilayəti ilə birləşdirən körpü tiksin. Bu da həddən artıq bahalı lahiyyə idi. Digər tərəfdən, Rusiya Krıma quru yolunu açmaq üçün Mariapol dəniz limanını və ətrafı ələ keçirərək Krıma gedən yolu təmizləməlidir. Bu ərazilərdən istifadə edərək Krımı quru yolla Rusiyaya birləşdirmək istəyirdi. Bundan əlavə, Rusiyanın daha uzağa gedən digər planı Krım ərazisindən Moldovanın Dnestryani separatçı bölgəsinə də yol açmaqdır. Bu planların üzərində ruslar işləyir. Ən azından bundan imtina edildiyini demək olmaz. Rusiya eyni zamanda Qara dənizdə öz varlığını daha da artırdı, Sevastopolda yerləşən Qara dəniz donanmasına əlavə olaraq Xəzər dəniz donanmasından 10-dan artıq hərbi gəmi göndərdi. Beləcə Rusiya göstərmək istədi ki, hərbi əməliyyatlara hazırdır.

- Rusiyanın niyyəti və addımlar aydındır. İndiki mərhələdə qərbin addımlarını xüsusilə Qara dənizə ABŞ-ın göndərmək istədiyi iki hərbi gəmi planından imtina etməsi və Baydenin Putinə zəng edərək dialoq çağırışı etməsi konteksində necə qiymətləndirmək olar?

- Görünən odur ki, Rusiyanın ortaya qoyduğu sınaq testi bu mərhələdə uğurlu alındı. Çünki faktiki olaraq 1,5 ay əvvəl Putinə qatil deyən ABŞ Prezidenti Bayden iki gün əvvəl ona telefon açdı, üçüncü ölkədə görüş təklifi etdi, mövcud olan problemlərin müzakirəsinin tərəfdarı olduğunu nümayiş etdirdi. Görünən odur ki, Rusiya müəyyən qədər istəyinə çatdı və Qərbin bu məsələdə sona qədər dayanmayacağı qənaətini bir daha təsdiq etmiş oldu. Üstəlik dünən də bəlli oldu ki, ABŞ tərəfi Türkiyəyə bildiriş göndərmişdi ki, iki hərbi gəmi boğazan keçərək Qara dənizə daxil olacaq, amma dünən bundan imtina etdilər və göstərdilər ki, gəmiləri Qara dənizə daxil olmayacaq. Görünən odur ki, ABŞ tərəfi bu an Ukrayna ətrafında yaranan gərginliyin səngidilməsində maraqlıdır və məsələləri bu mərhələdə Rusiya ilə dialoq formasında həll etməyi düşünür. Hər halda ilkin qənaət bundan ibarətdir. Amma düşünürəm ki, uzaq dövr üçün Rusiya ilə münasibətlərdə bu gərginlik qalacaq.

- Deməli, ABŞ başda olmaqla qərb ölkələri növbəti dəfə Ukrayna məsələsində dirəniş götərə bilmədi...

- Məncə, burada başqa bir nüansı da nəzərə almaq vacibir. Qənaət belədir ki, ABŞ yeni adiminstrasiyasının yeni hədəfi Rusiyadan daha çox Çin olacaq. Ola bilsin ki, bu səbəbdən Rusiya ilə müəyyən qədər gərginliyi yumşaltmaq xətti götürülür.

- Müşahidələr göstərir ki, Rusiyanın addımları yalnız Ukrayna ilə bağlı deyil. Diqqət etdikdə görünür ki, ruslar Arktikada fəallaşır, səsləri Afrikadan gəlir və s. Ruslar dünya müharibəsinə hazır olduqlarını nümayiş etdirir?

- Yox, mən bu cür düşünmürəm. Sadəcə olaraq Vladimir Putin 20-ildən çoxdur ki, hakimiyyətdir. Məncə, o qərb cəmiyyətinin, qərb blokuna rəhbərlik edən siyasətçilərin və liderlərin düşüncələrini, xrakterini, onların hara qədər və hansı addımlar ata biləcəyini hesabladığı üçün daha rahat addımlar ata bilir. Amma Rusiyanın üçüncü dünya müharibəsi başlatmaq və dünyaya meydan oxumaq imkanları yoxdur. Rusiyanın hərbi gücü olsa da, iqtisadi cəhətdən zəif ölkə sayılır. Onun iqtisadi imkanları böyük mənada müharibəyə başlamağa imkan yaratmır. Məncə, Rusiyanın özü Ukrayna ilə müharibəyə cəlb edilsəydi belə kifayət qədər ciddi itkiləri ilə üzləşə bilərdi. Baxmayaraq ki, Rusiyanın kifayət qədər hərbi potensialı böyükdür. Lakin çox da qürurlanılacaq səviyyədə deyil. Son illər Liviya, Suriya və hətta Qarabağda rus hərbi məktəbinin müasir dövrün tələblərindən nə qədər geri qaldığı açıq ortaya çıxdı. Hətta rusiyalı ekspertlər etiraf edirlər ki, indiki şərtlərdə Rusiyanın Ukrayna üzərində qələbə çalması açıq-aşkar görünmür. Hətta 2014-cü ildə dağıdılan Ukrayna ordusu Rusiyaya müqavimət göstərib yuxarıda qeyd olunan planlarının həyata keçirilməsinə imkan verəyibsə, bu gün həmin dövrlə müqayisədə nisbətən güclənən və müsir silahlarla təchiz olunan, yaxşı təlim keçən Ukrayna ordusu Rusiya ordusuna müqavimət göstərə bilər. Onu da qeyd etmək lazımdır ki, Ukrayna sərhədlərində 80 minə yaxın rus əsgəri dayansa da, Ukrayna tərəfdə təxminən 250 minə yaxın ordu keşik çəkir. Həm Ukraynadan, həm də qərbdən verilən açıqlamalardan belə çıxdı ki, Ukrayna tərəfi müharibədə çox da maraqlı görünmür. Baxmayaraq ki, Qarabağ savaşında Azərbaycanın qələbəsi və işğala son qoyulması istiqamətində atılan ciddi addımlar Ukrayna cəmiyyətində müəyyən arzular, istəklər yaradıb. Yəni onlarda belə təəssürat yaranıb ki, Ukrayna öz torpaqlarını işğaldan azad edə bilər. Bu baxımdan yeni dünya müharibəsinin başlanmasına dair Rusiyanın arzusu olduğunu düşünmürəm. Sadəcə olaraq Rusiyanın ənənəvi taktikasıdır. Dava gücünü və qətiyyətini ortaya qoymaq Putinin sınanmış metodur. Və qarşı tərəfə öz qətiyyətini nümayiş etdirib onu öz danışıq masasına gətirməyə cəhd edir. Görünən budur ki, Putinin fəndi bu dəfə də baş tutdu və ABŞ tərəfi Putinə telefon açıb danışıqlar təklif etdi.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar