Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin dostlarını düşmənlərindən ayırmağın üsulları

ABŞ-da və Avropada Rusiya oliqarxları və onların xaricdə saxladığı pullarla görə narahatlıqla əlaqədar iki əsas məsələni nəzərdən keçirməyə dəyər

Birincisi, oliqarxlar kimdir? İkincisi, hər bir oliqarxa şübhə ilə yanaşılmalıdırmı?

Şübhə – ABŞ-da gündəmdir. 2016-cı ilin prezident seçkilərinə müdaxilə iddiası ilə Kremlin cəzalandırılmasına cəhd olaraq iki rus maqnatı – Oleq Deripaska və Viktor Vekselberqə qarşı kütləvi sanksiyalar elan edildiyi gündən etibarən. Eynilə, İngiltərədə sabiq rus ikili casusu Sergey Skripal və qızına kimyəvi hücumdan sonra Birləşmiş Krallıq pulların yuyulmasının qarşısının alınmasına və Rusiyadan gələn sərmayənin araşdırılması istiqamətli yeni tədbirlər həyata keçirib.

Problemi budur ki, istintaqa və hətta cəzalandırmağa layiq saydığı rusları müəyyənləşdirmək üçün Qərb dövlətlərinin istifadə etdiyi meyarlar həddindən artıq genişdir.

Oliqarxın ən ümumi tərifi: zənginliyi siyasi əlaqələrdən, xüsusilə də Rusiya prezidenti Vladimir Putinə bağlı olan şəxs.

Bu tərifə əsasən, ABŞ Xəzinədarlığı varidatı 1 milyard dollar dəyərində olan 96 “oliqarxı” müəyyən edib.

Əslində, bu təyində yanlışlıqla Putinlə əlaqələrə diqqət yetirilir. Axı, bugünkü zəngin rus iş adamlarının çoxu, o cümlədən Deripaska (ABŞ tərəfindən cəzalandırılıb) və Roman Abramoviç (İsrail tərəfindən qorunur), həmçinin “Alfa” qrupundan olan Mixail Fridman və “Norilsk Nikel”in sahibi Vladimir Potanin Putinin sələfi Boris Yeltsinin yetirmələridir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Üstəlik, keçmişdə Kremllə əlaqələrindən faydalanan bəzi zəngin ruslar artıq Rusiyadan qaçıb, indi Qərbdə işləyir və orada sürgün həyatı yaşayırlar. “Moskva Bankı”nın sabiq başçısı Andrey Borodin İngiltərədə siyasi sığınacaq alıb. Sabiq telefon maqnatı Yevgeni Çiçevarkin 2009-cu ildə Rusiyanı tərk etdikdən sonra Putin əleyhinə kampaniya aparıb. Rusiyanın ən zəngin adamlarından biri olan Mixail Xodorkovski Putinin rəqiblərini maliyyələşdirdikdən sonra oğurluq ittihamı ilə 10 il həbsdə saxlanılıb.

Bunu nəzərə alaraq, Qərb hökumətlərinin “pis” oliqarxları qalanlardan fərqləndirən daha incə tərifə ehtiyacı var. Belə bir tərif, ilk növbədə, Kremlin rəhbərliyi ilə işgüzar və şəxsi razılaşmalarla, o cümlədən böyük, siyasi cəhətdən həssas hökumət müqavilələrinə birbaşa cəlb olunmadır. Məsələn, milyarder Arkadi Rotenberq dövlət energetika nəhəngi “Qazprom” üçün təbii qaz boru kəmərləri inşa edib və indi Krımda körpü tikir.

Belə cəlb olunmaya da nepotizm daxil ola bilər. 1990-cı illərdə “Alfa Group”-lu Pyotr Aven, xarici iqtisadi əlaqələr naziri vəzifəsində çalışdığı sırada Putinə Sankt-Peterburqda mübahisəli ticari müqavilələrə icazə verib və “Alfa Group” Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəni və Putinin böyük qızı ilə bağlı olub. Belə hallarda sözügedən oliqarxlar Putin rejiminə sadiq xidmətçilər kimi çıxış edirlər.

“Pis” oliqarxı müəyyənləşdirmək üçün ikinci meyar: işgüzar əlaqələrin əksər hissəsinin Rusiyada olması və hökumətə itaətkar dəstək vermə. Bu, son illərdə Rusiyada sahib olduğu aktivlərin bir hissəsinin satışını həyata keçirən və Qərb ölkələrinə (ehtimal ki, ən azı qismən sanksiya sayəsində) sərmayə qoyan bir çox zəngin adamlar deməkdir.

Misal üçün, Çukotka bölgəsinin keçmiş qubernatoru Abramoviç, 2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində müstəqil namizəd olmuş Mixail Proxorov və “Novaya Qazeta”nın uzun müddətli maliyyə sponsoru Aleksandr Lebedev Rusiyadakı bütün aktivlərini satıb və ABŞ-da, Böyük Britaniyada qanuni və şəffaf biznes qurublar. Onlar, Rusiyanın zəngin dövlət məmurları bir yana, Rotenberq, (Putinin şəxsi bankiri kimi tanınan) Yuri Kovalçuk və ya Putinin de-fakto varisi İqor Seçindən fərqli olaraq, “müalicə edilməməlidirlər”.

Aydındır ki, Rusiyada böyük sərvət yığan hər bir şəxs ən azı dövlətlə əməkdaşlıq edib. Amma bu, onların hamısının bərabər şəkildə cəzalandırılmağa layiq olduğunu ifadə etmir. Yoaxim- Murat və Jan-Baptist Bernadott Napoleonun əlaltıları idi. Amma Napoleona görə Murat son nəticədə xəyanətə görə edam edilib, Bernadott isə sonradan XIII Yohan adı ilə İsveç kralı olub.

Hər kəs Rusiyanın zəngin adamlarına dair bir tərif yaradır.

İsrail Abramoviçə vətəndaşlıq verib. Daha da təəccüblüsü Fransa Rusiya Federasiya Şurasının üzvü və Kremllə sıx əlaqə saxlayan milyarder Süleyman Kərimova qarşı pul yuma ittihamını ləğv edib.

Amma bəziləri, o cümlədən ABŞ administrasiyası, bütün zəngin rusları eyni fırça ilə rəngləməyə davam edir. Bu səmərəsiz işdir. Qərb həqiqətən Putin rejiminə zərər vermək istəyirsə, Putinin düşmən saydığı adamları cəzalandırmaq yox, oliqarxlara pullarını və aktivlərini sakitcə ölkədən çıxarmağa təşviq etməlidir.


Vladislav İnozemtsev

“Project Syndicate”

Tərcümə: Strateq.az

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar