Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin atası kim olub?

Putin atasından danışıb

Bu il, mayın 9-da – qələbə günü münasibətilə Qızıl Meydanda keçirilmiş “Olməz alay”yürüşündə iştirak edən Rusiya prezidenti Vladimir Vladimiroviç Putin gözlənilmədən atasını xatırlayıb: «Mənim atamı götürək, 45-ci ildə Qızıl Meydandan keçə bilərdimi? Heç cür! O, bütün həyatı boyu axsadı və ayağında qəlpə ilə dünyadan köçdü. Belə insanlar qələbə paradında Qızıl Medandan keçə bilərdimi? Ancaq məhz onlar – sadə insanlar qələbəyə nail olublar…».

Maraqlıdır, prezidentin atası Vladimir Spiridonoviç Putin nə üçün Qızıl Meydanda qələbə paradında iştirak edə bilməzmiş? Prezient nə üçün birdən-birə atasını xatırlayıb? Ümumiyyətlə, Vladimir Spiridonoviç kim olub – qəhrəman, yoxsa satqın?

Bu sual ətrafında Rusiya və əcnəbi mənbələr ən müxtəlif versiyalar irəli sürürlər. Onlardan birini oxucuların diqətinə çatdırmaq qərarına gəldik…

Putinin atası qəhrəman olub, yoxsa satqın?

«Anqora» adlı Polşa jurnalı 11-ci səhifəsində «Tarixin sirləri» bölməsmində (№31, 03.08.2003 il) Jozef Zanyavskinin «Rusiya prezidentinin atası Varşava üsyanının yatırılmasında iştirak edibmi?» başlıqlı qeydini dərc edib. Həmin qeyddə deyilir:

«Böyük Britaniyada yaşayan Viktor Suvorov (həqiqi adı Boqdan Rezun) – sovet hərbi kəşfiyyatının (BKİ) İsveçrədəki rezidenti (sonradan Britaniya kəşfiyyatına keçib və buna görə də qiyabi olaraq, ölümə məhkum olunub), «Akvarium»un və digər bestsellerin müəllifi ötən ilin fevralında marşal Georgi Jukov haqqında yazdığı kitab üçün material toplayarkən, təsadüfən xeyli maraqlı bir foto aşkar edib. Fotoqrafiyada 6 zabit təsvir oluub. Onlardan 3-ü kazak mundirində, ikisi alman hərbi formasında, biri isə RAO (general Vlasovun Rusiya Azadlıq Ordusu) mundirində.

Suvorov izah elib ki, kazak mundirində olanlar – rusiyalı zabitlərdir və hitlerçilərin tərəfinə keçmiş general Vlasovun kazak birləşməsində qulluq ediblər. Fotoda göstərilib ki, onu 1944-cü ilin avqustunda çəkiblər. Məhz həmin vaxt Varşava üsyanı xüsusi qəddarlıqla yatırılıb.

Yazıdan aydın olur ki, qabaqdan birinci – poruçik Vladimmr Spiridonoviç Putindir, kazak şapkası geyinmiş o biri ikisi isə mayor Frolov və poruçik Mizalçevskidir.

Vladimir Spiridonoviç Putin, Rusiyanın hazırkı prezidenti Vladimir Vladimiroviç Putinin atası 1941-ci ilə qədər Daxili İşlər Xalq Komisarlığı («NKVD») daxili qoşunlarının zabiti olub. Müharibənin əvvəlində Vitebsk ətrafında o, almanlara təslim olub. General Andrey Vlasov kooloborasionist ordusunu yradandan sonra isə könüllü olaraq həmin ordunun sıralarına daxil olub. Spiridonoviç Vlasovun ordusunun tərkibində almanlarla birlikdə Polşa əhalisinə qarşı keçirilmiş cəza əməliyyatlarında iştirak edib. 1945-ci ildə V.S.Putin ingilislərə əsir düşüb. Bunu təsdiqləyən sənələr Londonda ingilislərin məxfi arxivlərində yatır. Viktor Suvorov da həmin sənədləri orada aşkarlayıb…

1945-ci ildə V.S.Putin digər vlasovçularla birlikdə ingilislər tərəfindən Sovet İttifaqına təhvil verilib.

Onun oğlu, Rusiyanın hazırkı prezidenti də atasının yolu ilə gedib – 18 il DTK-da (DTK – «NKVD»-nin varisidir) qulluq edib və polkovnik rütbəsinə qədər yüksəlib. Ancaq Putinin DTK-da bilavasitə rəisi olmuş və SSRİ dağılandan sonra ABŞ-a köçmüş general Putinin yalnız mayor olduğunu iddia edir.

Bu «nağıl»dan aydın olur ki, prezident Putin atasının nə üçün 1945-ci ildə Qızıl Meydanda keçirilmiş qələbə paradında iştirak edə bilməyəcəyinin səbəbini bilirmiş – axı, ingilislər hələ onu Sovetərə təhvil veməyiblərmiş…
Bu da başqa bir versiya

«İlk mənbədən – Vladimir Putinlə söhbətlər» adlı kitabdan sətirlər

«Onu «qırıcı batalyon» adlanlırılan «NKVD batalyonu»na göndəriblər. Bu batalyonlar alman qoşuşlarının arxasında diversiyalar təşkil edirmişlər. Onların qrupunda 28 nəfər olub. Qrupu Könnisberq (indiki Kalininqrad – M.A.) ətrafına tullayıblar…

Qrup döyüş sursatı ilə yüklü qatarı partlatmaqa macal tapıb. Amma sonra ərzaqları qurtarıb. Onlar yerli eston sakinlərə üz tutublar – estonlar diversantlara ərzaq gətiriblər, sonra isə onları amanlara satıblar. Sağ qalmaq şansı olmayıb. Almanlar onları mühasirəyə alıblar…

Dəstənin qalıqları cəbhə xətinə doğru hərəkət edib. Yolda daha bir neçə nəfəri itiriblər, sonra səpələnmək qərarına gəliblər. Prezidentin atası bataqlıqda gizlənib və dəstə üzvlərini təqib edən itlər ötüb keçənə qədər, palçıq altından qamış borunun köməyi ilə nəfəs alıb. Beləliklə, o, sağ qalıb…

O vaxt qrupun 28 nəfər üzvündən yalnız 4-ü sovet ordusu tərəfinə çata bilib…».

Kaçiskinin müəmmalı ölümü

İndi isə gəlin başqa bir məqama diqqət yetirək. Yuxarıda qeyd etik ki, prezident Putinin atası barədə «ifşaedici» material Polşa jurnalıda («Anqora») dərc olunub. Həmin materialda Vladimir Spiridonoviç Putin almanlara qulluq etməkdə və Varşava üsyanının yatırılmasında iştirakına görə, ittiham olunur…

Bəs, sonra nə olub? 10 aprel 2010-cu il tarixində Polşanın prehidenti Lex Kaçinski Smolensk (Rusiya) səmasında aviaqəza nəticəsində həlak olub. Polşa KİV-i yazırlar ki, Lex Kaçinskinin ölümü əvvəlcədən planlaşıdırlmış terror aktı olub!
Qəzanın səbəblərini araşdıran Polşa komisiyası da bu nəticəyə gəlib…(Azpolitika.info)

pia.az


Etiket: Putin 9 may

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar