Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti maraqlı açıqlamasını verib
Virtualaz.org Rusiya mətbuatına istinadla xəbər verir ki, jurnalistlərlə söhbətində Kremlin sözçüsü deyib: “Putin yatmır”.
Jurnalistlər Peskovdan soruşublar ki, bu cür qrafiklə, tədbirlərdə və ən müxtəlif səviyyəli görüşlərdə iştirakı nəzərə alınarsa, Putin yatmağa nə vaxt macal tapır.
“Axı o Putindir. O yatmır, işləyir”, – Peskov cavab verib.
pia.az