Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukrayna ilə bağlı hesablamalarında nəyi səhv edib? - “Bu, Rusiyanın parçalanmasına yol açacaq”

Rusiyada hadisələr 1990-cı illərdəkindən də təhlükəli ssenari üzrə gedəcək”

“Qərbin sanksiyaları rusiyalıların yoxsullaşması və gələcəyi olmayan millətə çevrilməsi ilə nəticələnəcək”

Ukraynada müharibə 4-cü aya yaxınlaşır. Müharibənin nə vaxt dayanacağı, tərəflər arasında atəşkəsin nə zaman əldə olunacağına dair isə hər hansı konkret fikir söyləmək çətindir.

Bir çox siyasi ekspertlərin fikrincə, Ukraynadakı müharibənin gedişi Kreml rəhbərliyinin Rusiyanın iqtisadi, texnoloji və hərbi potensialını hədsiz dərəcədə yüksək qiymətləndirdiyini düşünməyə əsas verir. Hesab olunur ki, Vladimir Putin və ətrafı, hansısa “əfsanəvi rus ruhu”nun yenilməzliyi ideyasına mübtəla olublar ki, bu da onların reallıq hislərinə təsirsiz ötüşməyib.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” internet portalı “Ukrayna ilə müharibə Rusiyanın “istisna sindromunu” dağıtmaq şansına malikdir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.

Həmin məqaləni təqdim edirik: ”Rusiyanın fövqəldövlət oyunu onun üçün xoş sonluq vəd etmir. Ukraynadakı müharibə qurtardıqdan sonra Rusiya ən yaxşı halda Çinin “xammal bazasına” çevriləcək. Ən pis halda isə bir neçə dövlətə parçalanacaq. Qərb sanksiyalarının müddəti uzandıqca Rusiya Federasiyası texnoloji cəhətdən daima geridə qalacaq. Moskva gələcəkdə bu geriliyi heç cür kompensasiya edə bilməyəcək.

 
Nüvə silahına sahib olmasına baxmayaraq, hazırda Rusiya üçüncü dünya ölkəsi səviyyəsindədir. ABŞ və Qərb dünyasının Rusiyayla bağlı strategiyası uzunmüddətlidir. Rusiya müəyyən ərazilər işğal edə bilər, lakin ukraynalıların inadkar dirənişi, Qərbin isə maliyyə və silah yardımı qarşısında tutduqları torpaqları əldə saxlaya bilməz.

Qərb sanksiylarının təsir gücü sayəsində bir neçə ildən sonra Rusiya Federasiyasında həyat Şimalı Koreyadakına bənzəyəcək. Mərkəzi hakimiyyətin periferiyalarını idarə edə bilməməsi nəticəsində federasiyadan qopmalara rast gələ bilərik.

Sanksiyalar Rusiya iqtisadiyyatının funksiyasını kritik səviyyədə məhdudlaşdırmağa başlayan kimi, Rusiya Federasiyasının regionları Moskvanın icazəsindən asılı olmayaraq, öz iqtisadi imkanları daxilində bir-biri ilə sərbəst mal mübadiləsi aparacaqlar. Kreml ölkə içərisində “iqtisadi balkanlaşma” mexanizminin qarşısını almaqda çətinlik çəkəcək və bu, Rusiyanın parçalanmasına yol açacaq.

Rusiya Ukraynanı öz içərisində “həzm etmədən” yenidən qlobal dövlət ola bilməz. Putin və onun cinayətkar elitası bunu yaxşı anlayır. Bunu həmçinin son dövrlər Ukraynaya münasibətdə özünü birmənalı aparmayan və Rusiya tiranının ambisiylarını bəsləyən bəzi Qərb liderləri də bilirlər.

Üç aydan artıq müddətdə ukraynalılar bütün dünyaya sübut etdilər ki, onlar rus xalqı deyillər və Qərbə inteqrasiya olmaq istəyirlər. Ukrayna başqa xalqlar kimi Rusiya imperiyası ilə milli-azadlıq müharibəsi aparır.

Əgər Qərbin gələcəyi naminə çox şeyini qurban verməyə hazır olan Ukrayna uduzarsa, bu, dünyanın siyasi xəritəsinə yenidən şəkil vermək istəyən digər totalitar hakimiyyətlər üçün dəhşətli president yaradar. Lakin Putin Ukraynada məğlubiyyətə uğrayarsa, onda bu, Rusiyanın imperiya ambisiyalarına birdəfəlik son qoyar.

ABŞ, Böyük Britaniya və onların müttəfiqləri də Rusiyanı elə zəiflətmək istəyirlər ki, o, Ukraynaya qarşı etdiyi təcavüzü bir daha təkrarlaya bilməsin. İrəlidə nə olacağını proqnozlaşdırmaq çətin deyil. Çünki Rusiya sənayesi tamamilə Qərb texnologiyasından və oradan idxal edilən ehtiyat hissələrindən asılıdır. Avropanın Rusiya neft və qazından imtina etməsi yalnız rusliyalıların yoxsullaşması və gələcəyi olmayan millətə çevrilməsi ilə nəticələnəcək.

Sıravi rusiyalılar ölkədəki iqtisadi və sosial vəziyyətin durmadan pisləşməsini öz üzərlərində hiss etdikdən sonra Putinin televiziyalarında deyilənlərin əksinə olaraq, dövlətdə nələrinsə düz getmədiyini anlayacaqlar. Rusiyada hadisələr 1990-cı illərdəkindən də təhlükəli və ağır ssenari üzrə gedəcək.

Putin öz hesablamalarında Ukraynanın nə Gürcüstan, nə Çeçenistan, nə də Suriya olmadığını nəzərə almayıb. O, 44 milyon əhalisi olan və ordusundakı döyüşçülərin Qərb hərbçiləri tərəfindən təlim keçdiyini və onların öz vətənlərinin azadlığı uğrunda vuruşduqlarını unudub. Qərbin Ukraynaya silah təchizatını davam etdirməsi daha çox rus əsgərinin ölməsi deməkdir. Lakin Putin Rusiya ordusunun böyük itkilər verəcəyini diqqətə almır.

Rus özünəməxsusluğu müəmmalı “rus ruhu” barəsindəki əfsanə ətrafında qurulur. Belə hesab olunur ki, ən qoxunc sınaqlara və düşmənlərin amansızlığına (alman nasistləri və monqol ordası) baxmayaraq, rusiyalılar həmişə qalib gəlirlər və öz “qəhrəman ruhları” sayəsində sağ qalmağı bacarırlar. Bu əfsanə, Dostayevski kimi rus imperiya təbliğatçıları tərəfindən önə çəkilib.

Romantizm və emosional ehtirasla doldurulmuş bu əfsanə zəiflərin və səfillərin ümid işığıdır. Çar İvan Qroznudan başlayaraq ruslar daima öz qəddar mütləqiyyətçi müstəbidləri tərəfindən əziliblər və ona görə də belə bir əfsanə onların dünyagörüşü üçün ideal uyğunluq təşkil edir.

Putinin böyük problemi ondadır ki, bu əfsanənin təsiri zamanla tükənir. Rusiyadakı yeni nəsil gələcəkdə normal həyat şəraitində yaşamaq istəyir. Elə bu səbəbdən də Putin hələ ki, ümumi səfərbərlik elan etməkdən yayınır və öz xalqını bayağı təbliğat “bombardmanına” tutur.

1975-ci ildə Helsinki müqaviləsi SSRİ-ni bir qədər açılmağa məcbur etdi və 16 ildən sonra o dağıldı. Sovet vətəndaşları, az da olsa, xarici dünya ilə təmasda oldular və daha çox şey arzulamağa başladılar. Bu gün Putinin təbliğat maşını internet və reallığa qarşı sonu məğlubiyyətlə bitəcək mübarizə aparır.

Ruslar Avropa və Asiya xalqları arasında, adətən, özlərini “birinci” hesab ediblər. Ona görə də çar imperiyası və həmçinin də SSRİ dövrü Ukarynanı, Baltik ölkələrini və digər xalqları aktiv şəkildə ruslaşdırmağa çalışırdılar. Rusiya özünü nəinki Avrasiyanın, həm də Mərkəzi və Şərqi Avropanın hegemonu sayırdı. Moskva müstəmləkə və himayədarlıq şüuru ilə 1939-cu ildə bağlanmış “Molotov -Ribbentrop paktı” əsasında hərəkət edib. O, Mərkəzi və Şərqi Avropa ölkələrini 40 il ərzində, keçmiş imperiyanın periferiyalarını isə daha uzun müddətdə özünə tabe etdirib.

Rusiyanın geniş ərazi, çoxsaylı əhali və böyük ordu kimi bəzi mühüm dövlət cizgilərinə malik olmasına baxmayaraq, bu, fövqəldövlət adına iddia edilməsi üçün kifayət deyil. Rusiya “istisna sindromu” xəstəliyinə mübtəladır. Ukrayna ilə müharibə Rusiyanın köhnəlmiş imperializminin əlaməti olan “istisna sindromu”nu dağıtmaq şansına malikdir”.

Vaqif Nəsibov

“AzPolitika.info”

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar