Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Suriyaya yenə sualtı qayıqlar göndərir

Rusiya Hərbi Dəniz Donanması Suriyadakı Tartus hərbi bazasına “Kalibr” raketləri ilə silahlanmış dörd sualtı qayıq göndərib. “Varşavyanka” layihəsindən olan bu sualtı qayıqlar dizel-elektrik mühərrikləri ilə təchiz olunub.  Bu haqda Rusiya mənbələri bildirir. Daha bir sualtı qayıq isə Aralıq dənizinin neytral sularında üzür.

Sualtı qayıqların göndərilməsi Suriyanın şimalında, İlibdə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbərlər var ki, Suriya ordusu bölgəni müxalif yaraqlılardan təmizləmək üçün yeni irimiqyaslı əməliyyatlar planlaşdırır. Hətta bəzi mənbələr Əsəd ordusunun hücumunun “hər an başlaya biləcəyini” deyirlər. Belə xəbərlər Bəşər Əsədin bir neçə gün əvvəl Moskvaya sürpriz səfərindən sonra yayılmağa başlayıb.  Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Suriyanın əsas probleminin “dəvət olmadan bu ölkənin ərazilərinin bir hissəsində yerləşən xarici hərbi qüvvələr” olduğunu demişdi.

Habelə son günlər Rusiya aviasiyası İdlibdə müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. O cümlədən regiondakı Türkiyə ordusu mövqelərinin bilavasitə yaxınlığına raketlərin atılması faktları qeydə alınıb.

Bütün bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində baş verir. Gözlənilir ki, Ərdoğanla Putinin danışıqlarının əsas mövzusu Suriya olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar