Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Paşinyanı cəzalandıracaqmı? – Erməni mətbuatı "Moskva hər şeyi edəcək..." deyir...

RF prezidentinin Paşinyanla görüşündə erməni-rus strateji münasibətlərinin yalnız ötən illərdə görülən işlərlə deyil, eyni zamanda iki xalqın çoxəsrlik dostluğu ilə şərtləndiyi haqqında verdiyi bəyanat kifayət qədər şəffaf eyham oldu...

Aram Amatuni
“1in.am”, Ermənistan, 04 oktyabr 2019-cu il

Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi Birliyi sammiti münasibətilə Ermənistana səfəri çərçivəsində Robert Koçaryanın arvadı Bella Koçaryanla görüşməsi, tamamilə məlum səbəblər üzündən, erməni ictimai və media-ekspert dairələrinin böyük diqqət mərkəzində olub. Bunadək mətbuatda Putinin məhbusu ziyarət etmək və məhz Koçaryanla görüşmək arzusunda olması və ya ümumiyyətlə, Ermənistana gəlmək istəməməsi, bununla da Robert Koçaryana görə Ermənistanın yeni hakimiyyətinə qarşı demarş etmək istəməsi haqqında müxtəlif məlumatlar dərc edilridi.

Həqiqətdə isə, həmişə olduğu kimi, səfər bundan daha fərqli və çoxqatlı alındı. Belə ki, Putinlə Nikol Paşinyanın rəsmi təmasları, demək olar ki, hər hansı bir qeyri-adi əlamət olmadan keçdi. Bundan əlavə, Putin ikitərəfli münasibətlərin inkişafında və Avrasiya inteqrasiya prosesində Paşinyanın şəxsi rolunu və töhfəsini kifayət qədər yüksək qiymətləndirdi.

Beləliklə, aydındır ki, ziddiyyətli mənzərə alınır: Putin bir əli ilə Paşinyanla sıx əməkdaşlıq edir, digər əli ilə o, (Bella Köçəryanla – tərc.) ünsiyyət qurur və faktiki olaraq, Robert Koçaryana dəstəyini ifadə edir.

Lakin aydındır ki, bu, daha aydın olan vəziyyətin göstəricisidir. RF prezidentinin Paşinyanla görüşündə erməni-rus strateji münasibətlərinin yalnız ötən illərdə görülən işlərlə deyil, eyni zamanda iki xalqın çoxəsrlik dostluğu ilə şərtləndiyi haqqında verdiyi bəyanat kifayət qədər şəffaf eyham oldu. Başqa sözlə, RF prezidenti aydın şəkildə eyham vurdu ki, Robert Koçaryana münasibətdən asılı olmayaraq, o, erməni-rus münasibətlərinə daha böyük prizmadan baxır. Ona görə, ikitərəfli münasibətlər Robert Koçaryanın taleyi üzərində qurula bilməz, bu, ikitərəfli erməni-rus münasibətlərinin, hətta tarixi-siyasi planda bütün problemli tərəfləri ilə birlikdə, böyük diapazonuyla müqayisədə çox kiçik məsələdir.

Şübhəsiz, Putinin mövcud duruma, “məxməri inqilab”a, Nikol Paşinyanın simasına və Robert Koçaryanın şəxsinə sırf şəxsi münasibəti indiki vəziyyətdə, erməni-rus münasibətlərinin perspektivində, RF-nin davranışında, ümumiyyətlə, əhəmiyyət daşımaya bilməz. Lakin bütün məsələ ondadır ki, RF prezidenti kifayət qədər sadə dillə göstərir ki, nə həlledici çıxış nəqtəsidir, nə öncəlikli və çox mühümdür, nə isə ikinci dərəcəlidir. Və bu planda, münasibətlərin xalqlar dostluğu, yəni xalqların yanaşması üzərində qurulduğunu dedikdə, Rusiya prezidenti, bəlkə də, iki vacib impulsa istinad edir: biri odur ki, öz istəklərindən və şəxsi əlaqələrindən asılı olmayaraq, hazırda xalqın etibar etdiyi, xalqın istəyilə Ermənistanı təmsil edən baş nazirlə işləyir və ona görə, bu amili nəzərə almaya bilməz, digəri isə odur ki, özünün qeyri-təbii yanaşmaları ilə yanaşı, heç də onlara görə nə şəxsi, nə də Rusiyanın nüfuzunu erməni xalqı nəzdində təhlükə altında qoymaq niyyətində deyil.

Xüsusən ona görə ki, RF prezidenti əvvəlki qeyri-legitim hakimiyyət dövründə – dördgünlük Aprel döyüşlərindən sonra artıq bir dəfə belə problem qarşısında qalıb. O zaman Rusiyanın Azərbaycan və Türkiyə ilə “eşqbazlıq” etməsinin ağır nəticələri Ermənistan ictimaiyyəti üçün, sözün hərfi və məcazi mənasında, ağrılı idi. Onda RF hakimiyyəti, şübhəsiz, Rusiyanın nüfuzu ilə bağlı Ermənistan cəmiyyətindəki atmosferi hiss etdi. RF prezidenti xüsusən də legitim hakimiyyətlə işlədiyi indiki halda, bu hakimiyyətə münasibətindən asılı olmayaraq, belə riskə getməyəcək.

Eyni zamanda, əlbəttə, yayılmış belə bir fikir var ki, Moskva bu hakimiyyəti legitimlikdən məhrum etmək üçün hər şeyi edəcək. Şübhəsiz, istisna edilmir ki, Moskvada hər şeyi edəcək və faydalı xidmətini təklif edərək bu məsələdə Putinin razılığını almaq istəyəcək dairələr vardır.

Burada bir tərəfdən belə məsələ çıxır ki, o, durumu necə qiymətləndirəcək, qısa və uzun müddətli perspektivləri qiymətləndirməklə bu xidmət təklifinə necə münasibət göstərəcək.

Digər tərəfdən, başlıca olan da budur: hər hansı bir cəmiyyət üçün hər hansı bir hakimiyyətin legitimliyi ilk növbədə bu hakimiyyətin özündən asılı olur.

Beləliklə, burada artıq hər şey, ya da heç olmasa əsas şey Ermənistanın yeni hakimiyyətinin əlindədir.

Tərcümə: Strateaq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar