Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Putin nöqtə qoydu: “Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır”

Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu, əbədi davam edə bilməz!..

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, AzərbaycanErmənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.

PİA.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.

"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib

Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".

V.Putin onu da bildirib ki, Rusiya Dağlıq Qarabağa dair kompromis tapmaq istəyir. Rusiyalı liderin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışır: "Mən çox istərdim ki, Dağlıq Qarabağla bağlı bu kompromis tapılsın".

Rusiya Prezidenti bildirib ki, “bu münaqişə dostlarımızla baş verir”.

V.Putin AzərbaycanErmənistan XİN rəhbərlərinin qarşıdakı Vaşinqton görüşünə də toxunub: "Həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirləri bir daha Moskvaya gəldilər. Oktyabrın 23-də Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək".

Rusiya lideri daha sonra deyib: "Bu münaqişə yalnız dövlətlərarası qarşıdurma və ərazilər uğrunda mübarizə kimi başlamayıb, etnik qarşıdurma ilə başlayıb. Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

loading...

Ən çox oxunanalar